Ru
14:09 / 16 Noyabr 2022

Bu sənəd onların üz qarasıdır - Aydın Mirzəzadə

10225
Xəbər verdiyimiz kimi, Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Sənəddə Qarabağdakı qondarma qurumun müstəqilliyinin tanıması və Azərbaycana qarşı sanksiyaların tətbiqinə, həmçinin ölkəmizidən qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılmasına çağırış edilib.


Mövzu ilə bağlı Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Aydın Mirzəzadə Bakupost.az -a açıqlama verib.


O, Fransa Senatının bu qətnaməni qəbul etməsinin səbəbləri barədə danışıb:

“Fransa ədalətsiz mövqeyini növbəti dəfə göstərdi. Ölkənin siyasi dairələri sözdə beynəlxalq hüquqa, ərazi bütövlüyünə tərəfdar olduğunu bildirsələr də, faktiki olaraq buna zidd olan hərəkətləri dəstəkləməkdə maraqlıdır. Fransa Ermənistanın Azərbaycan torpaqlarını 30 il müddətində işğalda saxlamasını bir dəfə də olsun pisləməyib, Azərbaycanın tarixi və mədəniyyət abidələrinin dağıdılmasına etiraz etməyib. Hətta bu gün Fransanın sabiq mədəniyyət nazirinin YUNESKO-nun baş direktoru olması bu quruçun da Azərbaycana qarşı qərəzli mövqe tutmasına gətirib çıxarıb. Fransa erməni millətçilərini kor-koranə müdafiə edir, Azərbaycanın müstəqil dövlət kimi uğur qazanmasını istəmir. Fransanın Şərq mədəniyətinə, İslam dünyasına qarşı qərəzli mövqeyi var. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi də onu razı salmır. Fransanın bu mövqeyi heç bir zaman Azərbaycanı haqq işindən döndərə bilməz”.


Millət vəkili qətnamənin qəbulunu Fransa elitasının həqiqətdən qaçması kimi qiymətləndirib. Azərbaycanın dünyada kifayət qədər dostları olduğunu bildirən A.Mirzəzadə bu qətnamənin heç bir təsirinin olmayacağını vurğulayıb:


“Qaradan tünd rəng yoxdur. Fransa artıq edəcəyini edib. Bir tərəfdən Fransa prezidenti Azərbaycan prezdentinə zəng edərək dostluq, əməkdaşlıq, Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşmasında səylər göstərilməsinə aid bəyanatlar verir, digər tərəfdən parlament belə addımlar atır. Bu, onların seçimidir. Fransa bu addımı atmaqla böyük itkiyə yol verir. Bu qətnamə Fransanın üz qarasıdır. Gələcək nəsillər nə vaxtsa bu hərəkətlərə görə Fransa adından üzr istəməli olacaqlar. Bu baxımdan Fransanın etdikləri ölkənin öz siyasi nüfuzuna zərər verən bir məsələdir. Azəbaycan isə onların bu hərəkətinə sadəcə, təəssüflənir”.


Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər