Ru
17:05 / 11 May 2022

Bu tarixdən həkimlərin maaşı 20-100% artırılacaq, siyahı hazırdır - Millət vəkilləri

3652
Azərbaycanda təxminən 8 min həkimin maaşı artacaq.

Bunu Bakupost.az -a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Kamilə Əliyeva deyib.


Millət vəkili bildirib ki, iyunun 1-dən qüvvəyə minəcək TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına edlilən dəyişikliklərə əsasən, 31 ixtisas üzrə həkimlərin aylıq əməkhaqlarının artırılması nəzərdə tutulur:


“Artım təxminən 8 minə yaxın həkimə şamil olunacaq. Bu artım 1000 manata yaxın nəzərdə tutulub və bu da haradasa iki dəfə artım deməkdir. Bu, həkimlərin sosial rifahının yaxşılaşdırılmasına, eləcə də əhaliyə göstərilən tibbi xidmətlərin yüksəlməsinə xidmət edir. Artıq siyahı da verilib ki, hansı həkimlərdə 100%, hansılarında 20% ilə 90% arasında artım olacaq”.

K.Əliyeva düşünür ki, bu, heç bir halda tibbi xidmətlərin bahalaşmasına səbəb olmayacaq.





Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov da məsələyə münasibət bildirib.


O qeyd edib ki, icbari tibbi sığorta sistemi ölkədə uğurla tətbiq olunur:


“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi özü elan etdi ki, bu artımlar fiks maaşlara aiddir. Əlavələr isə öz yerində qalacaq. Koronavirus pandemiyası göstərdi ki, həkim əməyi yüksək qiymətləndirilməlidir. Ölkə başçısı da həkimlərə diqqət və qayğını heç vaxt əsirgəməyib. Hər bir insanın əməkhaqqından icbari tibbi sığortaya ayırmalar edilir. Təbii ki, bu da icbrai tibbi sığortanın maliyyə məsələlərini yaxşılaşdırır və həkimlər də yaxşı maaş ala bilər”.



O ki qaldı tibbi xidmətlərin bahalaşmasına, millət vəkili deyib ki, ümumiyyətlə, dünyada qeydə alınan bahalaşma bütün ölkələrə və bir çox sahələrə təsir edir:


“Amma bu, həkimlərin və digər insanların maaşının artmasından əmələ gəlmir. Ümumi dünya iqtisadiyyatında çox kəskin bahalaşma gedir. Amma elə etməliyik ki, bu bahalaşma insanların həyatına ciddi mənfi təsir göstərməsin. Özüm də həkim olduğum üçün əminliklə deyə bilərəm ki, bu, çox məsuliyyətli və ağır bir peşədir. Həkim təkcə öz biliyi ilə insanı sağaltmır, həm də insanların ümid yeridir. Ona görə də həkimlər yüksək maaş almağa layiqdirlər”.


Xatırladaq ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur.


Həmçinin oxuyun:





Fəridə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • t.ədalət

    Bəs,nə üçün bu artım cərrahları sevindirmədi?Onların maaşları 20 faiz artır.Bu da,həqiqətən ədalət prinsipini pozur..

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər