Ru
15:37 / 21 Yanvar 2022

Bu tikinti şirkəti 70 min manatlıq ağacları kəsdirdi

2715
Bakıda tikinti şirkəti 70 min manatlıq ağacları kəsib.

Bu barədə Bakupost.az -a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, xidmətin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Rəşid Məmmədov 25 ünvanında ağac kəsintisi faktı müəyyən edilib: "Araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “XXI əsr Xəzər İnşaat” MMC tərəfindən kəsildiyi və təbiətə 67680 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq”.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər