Ru
13:50 / 23 Sentyabr 2022

Bu vərdişlər saçda kəpək yaradır - Nə etməli?

1061

Saçda kəpəyin əmələ gəlməsinə səbəb olan bir çox faktorlar var. Kəpəyin yaranmasının ən təməl səbəbi saç dərisinin qurumasıdır.


Bunlarla yanaşı bəzi yanlış vərdişlər kəpək yaradır. Lakin bəzi sadə üsullarla kəpək problemindən tamamilə xilas ola bilərsiniz.


Bakupost.az həmin araşdırmanı təqdim edir:


Kəpək baş dərisində qaşınma yaradan dəri töküntüsüdür. Kəpək sağlamlığınız üçün bir problem yaratmasa da, gündəlik həyatımızda görüntüsünə görə bizi narahat edir.




Quru baş dərisi? Yoxsa kəpək?

Quru baş dərisi və kəpək oxşar görünsə də fərqlidir.

Kəpək daha çox seboreik dermatitlə əlaqəli olsa da, quru baş dərisi sadəcə dərinizin çox su itirməsi ilə əlaqədardır. Bu, kifayət qədər maye qəbul etmədiyiniz zaman baş verə bilər.

Kəpək problemindən xilas olmaq üçün sadə tədbirlər görərək bu problemi aradan qaldıra bilərsiniz.


Kəpək yaranmasının səbəbləri

quru dəri
Əksər yeütişkinlərin baş dərisindəki yağlarla qidalanan maya kimi göbələk (malassezia)
Qıcıqlanmış, yağlı dəri
Saça qulluq məhsullarına həssaslıq (kontakt dermatit)
Psoriasis və ekzema kimi digər dəri xəstəlikləri
Həddindən artıq yağlı baş dərisi
Yanlış yuyulma üsulları
çox günəş işığına məruz qalma
həddindən artıq stress
Papaq taxmaq kimi bəzi vərdişlər
Tozdan və kirdən təmizlənməyən baş dərisi
Bəzi yemək vərdişləri




Kəpəyin ən böyük səbəbi Malassezia adlı göbələkdir. Bu göbələk yetişkinlərin əksəriyyətinin baş dərisində olur. Baş dərinizdəki yağlarla qidalanır, onu oleik turşusu ilə əvəz etmək üçün parçalayır. Bu vəziyyətdə mütəxəssislər tərəfindən hazırlanmış şampuna ehtiyacınız ola bilər.


Stress bəzi insanlarda kəpəyi artıra, hətta daha da ağırlaşdıra bilər.


Səhv yuyulma vərdişləri: Bəzi insanlar tez-tez saç yumağın faydalı olduğunu düşünür. Amma bu belə deyil. Saçları yetərincə şampunlamamaq, çirkli saxlamaq kəpək problemini artırır. Bu zaman dərmanlı şampun köməyinizə çata bilər. Saçınızı yaxşıca yaxaladığınızdan əmin olun.


Daha az su içmək: Bədəniniz susuz qaldıqda dəriniz quruyur. Quru dəri kəpək əmələ gəlməsini artırır. Daha çox su içmək və baş dərisini nəmləndirmək kəpək probleminizi azaldacaq.


Yanlış saç baxımı məhsulları: Bədəninizin digər hissələri kimi, baş dərisi də qıcıqlanma və allergik reaksiyalara həssasdır. Baş dəriniz saç baxım məhsuluna həssasdırsa, baş dərisində kontakt dermatit yarana bilər. Məhsulları istifadə etdikdən sonra baş dərinizin qıcıqlandığını və ya ağrıdığını görsəniz, bunun səbəbi məhsulun həssaslığı ola bilər.


Şampunların tez-tez dəyişdirilməsi: Kəpəyə səbəb olan başqa bir problem davamlı olaraq fərqli məhsullardan istifadə etməkdir. Bu, baş dərinizi kimyəvi maddələrə həssaslaşdıra bilər.


Günəşə məruz qalmaq: Həddindən artıq günəşə məruz qalmaq baş dərinizi qurudur. Əgər tez-tez günəş altında qalsanız, kəpək probleminiz artacaq. Papaqlar, saç üçün günəş kremi, spreylər kəpəyi azalda bilər.




Kəpəyə səbəb olan vərdişlərin əksəriyyəti müalicə edilə bilən problemlərdir. Diqqətli müalicə ilə kəpək problemindən tamamilə xilas ola bilərsiniz.

Dermatoloqa müraciət edin
Saç qulluq məhsullarınızı yoxlayın və yeniləyin.
Kifayət qədər su içdiyinizə əmin olun
Kəpək əleyhinə məhsullara keçin
Saçınızı masaj edərək, yaxşıca yuyun
Həftədə bir dəfə saçınıza qulluq edin
Günəşdən qoruyun
Sağlam qidalanın


Aygün
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər