Ru
16:45 / 21 İyun 2022

Bülənt Ərsoyun məzarına 1,5 milyonluq lift qoyulacaq

2056
Türkiyəli müğənni Bülənt Ərsoy Türkiyə daxili işlər naziri Süleyman Soyluya məzar yeri üçün müraciət edib.


Bakupost.az xəbər verir ki, Ərsoy jurnalistlərə açıqlamasnda məzarının yerinin artıq müəyyən edildiyini bildirib: “Daxili işlər nazirinə müraciət etdim. Məzar yerim bəllidir”.


Müğənni məzarı üçün 1,5 milyon lira ayırıb.


Müğənninin köməkçisi Fevzi Siverek verilişlərdən birində məsələ ilə bağlı danışıb:


“Bülənt xanıma bir məzar yeri tapdıq. Pərəstişkarlarının əli çatmasın deyə bir az dərin edəcəyik. Ona görə də Bülənt xanımın məzarı liftlə olacaq. Lift də şifrəli olacaq. Məzarını sadə hazırlayacağıq. Dinimizdə təntənə bəyənilmir”.


Aynur
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər