Ru
14:05 / 18 May 2022

Bulvarı ilanlar basdı - VİDEO-RƏSMİ AÇIQLAMA

5171
“Dənizkənarı Milli Parkın ərazisində zərərverici həşəratlara, eləcə də ilanlara qarşı xüsusi dezinfeksiya işləri aparılır”.


Bunu Bakupost.az -a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Könül İmamverdiyeva bulvar ərazisində ilanların peyda olması ilə bağlı danışarkən deyib.


O bildirib ki, növbəti dərmalama da nəzərdə tutulub:

“Milli Parkın ərazisində ilanların peyda olunması ilə bağlı yayılan məlumatlardan xəbərdarıq. Daim bu məsələ nəzarətdə saxlanılır və bu məlumatlara biganə qalmırıq.


Qeyd etmək istərdim ki, Milli Parkın ərazisində ümumiyyətlə zərərverici həşəratlar, eləcə də ilanlara qarşı xüsusi dezinfeksiya işləri aparılır. Bu məqsədlə idarə tərəfindən hər il aidiyyəti qurumla müqavilə bağlanır. Dezinfeksiya işləri hava şəraitindən asılıdır. Dərmanlamanın yaşıllığa, insanların sağlamlığına zərər verməməsi üçün sakit havalarda olmasına üstünlük verilir. Növbəti dərmanlama yaxın günlərdə həyata keçiriləcək. Bu da hava şəraitindən asılıdır ki, yağış dərmanı yuyub aparmasın”.




Fərid
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər