Ru
12:35 / 23 İyun 2022

Bunlar edilməsə, şəkər tozu hər gün bir az da bahalaşacaq - Ekspert çıxış yolu göstərdi

1826
Xəbər verdiyimiz kimi, Azərbaycanda şəkər tozunun topdansatış qiymətində artım qeydə alınıb.


Paytaxtda şəkər tozunun 50 kiloqramlıq bir kisəsinin qiyməti 75 manata təklif olunur. İndiyədək həmin məhsul 67 manata satılırdı. Bölgələrdə isə 50 kiloqramlıq şəkər tozunun bir kisəsinin qiyməti 50-75 manat arasında dəyişir.


Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, hazırda dünya bazarında şəkərin qiymətində kəskin bahalaşma müşahidə olunur:


“Dünyada şəkərin bahalaşmasının, təbii ki, Azərbaycana da böyük təsiri var. Çünki ölkəmizdə də daxili tələbatın ödənilməsində xaricdən gətirilən şəkərin payı yüksəkdir. Yerli istehsalımız yerli tələbatı ödəmək qabiliyyətinə malik olmadığı üçün ölkəyə şəkər tozunun böyük əksəriyyəti xaricdən gətirilir, burada qablaşdırılır və əmtəə bazarına çıxarılır. Biz şəkəri əsasən Ukraynadan alırdıq. Məlum müharibə səbəbindən Ukraynadan ölkəyə xammal gətirilməsi dayandırılıb. Rusiyadan da şəkər tozu alınırdı. Lakin orada da müxtəlif problemlər yaşanır. Bu səbəbdən də bazarda şəkər tozunun qiymtində artım müşahidə olunur”.


Natiq Cəfərlinin dediyinə görə, daxili bazarda sabitliyin yaranması və şəkər tozunun qiymətinin yüksəlməsinin qarşısını almaq üçün yerli istehsalı artırmaq lazımdır, tək çıxış yolu budur:


“Bu sahəyə yenidən investisiya qoyulmalı, yerli istehsalın artırılması ilə bağlı hökümətin qarşıya qoyduğu planlar yerinə yetirilməlidir. Daxili tələbatı ödəmək üçün İmişli Şəkər Zavodunun potensialından istifadə olunmalıdır. Bahalaşmanın qarşısını ancaq yerli istehsalla almaq mümkündür. Əks təqdirdə şəkər tozunun qiyməti günü-gündən qalxacaq”.


Sevinc
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • Osman

    Şəkər tozunun bahalaşmasının əsas səbəbi müfəbbə,kampot sezonunun gəlməsi llə bəzi işbazların artıq qazanc həvəsi və u sahədə dövlət nəzarətinin boşluğudur.Bunun digər səbəbi yoxdur.əgər belə deyilsə qədin qiyməti niyə qalxmır?Ümumiyyətlə tələbat malları üzərində dövlətin nəzarətinin olması olduqca vacibdir.Özbaşınalıqlar baş alıb gedir,Sadəəhali zərər çəkir.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər