Ru
12:10 / 03 Avqust 2022

“Bunu heç kimə bağışlamaram!” - Autizmli uşaqların döyülməsinə REAKSİYA

2369
Xəbər verdiyimiz kimi, jurnalist Esmira Cavadova autizmli uşaqların psixoloqlar tərəfindən şiddətə məruz qaldığını, döyüldüyünü iddia edib.


E. Cavadova bildirib ki, bu kimi hallarla qarşılaşan valideynlər hadisənin ictimailəşdirilməsindən çəkinir, bəzi analar isə həyat yoldaşından qorxduğu üçün gizli saxlayırlar.


Bəs övladı şiddətə məruz qalan valideynlər nə etməli, nəyə diqqət yetirməlidirlər?


Məsələ ilə bağlı Azərbaycan Autizm Assosiasiyasının sədri Elnur Məmmədli Bakupost.az –a açıqlama verib.


Sədr vurğulayıb ki, valideynlər müraciət etdikləri qurumları, mərkəzləri dərindən araşdırmalı, mütəxəssis seçimində diqqətli olmalıdırlar:



“Hazırda demək olar ki, əksər mərkəzlər kamera sistemi ilə təchiz olunub. Mənim övladımda da bu problem var. İllərlə bu işlə məşğul olan, mübarizə aparan bir şəxs, bir valideyn olaraq deyə bilərəm ki, bunu heç kimə bağışlamaram. Düzü, belə halla qarşılaşmamışam, rastıma çıxmayıb. Bizə üzv olan klubların ailələrindən də müraciət daxil olmayıb.


Əlbəttə, ortada fakt varsa, hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Valideynlər bu məsələlərdə diqqətli olsunlar, övladlarını nəzarətdə saxlasınlar.


Ən önəmlisi, güvəndikləri, etibar etdikləri yerləri seçməli, mütəxəssisləri yaxından tanımalıdırlar”.


Aygün
BakuPost



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər