Ru
11:31 / 12 Yanvar 2022

"Bütün bunlar EHİM üçün ciddi siqnal olmalıdır" - Osman Gündüz

1010
“Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM), güman ki, ötən ilin yekunu ilə bağlı hesabat xarakterli bir məlumat yayıb. Sanki sıradan bir kommersiya qurumunun hesabatıdır. ​ Əsasən ötən illər ərzində​ nə qədər rəqəmsal həlləri yaratdıqlarına​ və nə qədər dövlət​ vəsaitinə qənaət etdiklərinə diqqət yönəldilib. Çox təəccüblü və anlaşılmazdır”.

Bakupost.az -ın məlumatına görə, bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Forum prezidenti bildirib ki, son illərdə ölkədə rəqəmsal hökumətə keçidlə bağlı müəyyən addımlar atılsa da, xüsusilə də son ildə​ eGov-un xarici resursdan asılılığını aradan qaldıran nəhəng ASAN Bridge sisteminin hazırlanması, regional eGov quruculuğuna start verilməsi və s. bu tip işlərlə yanaşı,​ ​ uzun müddətdən bəri sektorda bir xeyli problemlər də öz həllini tapa bilmir. Xüsusilə də, dövlətə məxsus informasiya sistemlərinin inteqrasiyası və effektiv idarəetməsi​ ilə bağlı Prezidentin 2018-ci il 12 sentyabr taixli fərmanının indiyədək icra olunmaması eGov-un inkişafını hədsiz dərəcədə ləngidib: “Hələ də bir çox dövlət qurumları bir-birilərinin elektron sənədlərini tanımaqdan imtina edir. Dövlət qurumlarında elektron formada olan sənədlər digər dövlət qurumu tərəfindən kağız formada, hətta​ notarial qaydada təsdiqlənməklə​ yenidən tələb edilir. Dövlət qurumları arasında eGov-la bağlı​ koordinasiyada ciddi problemlər var. Bəzi dövlət qurumları ümumiyyətlə bu işə sayğısız yanaşırlar və ASAN tərəfindən bu istiqamətdə atılan addımlar ciddi qarşılanmır. Sanki hərə özü üçün bir e-xidmət yaradıb və "oturub" üzərində. Ümumiyyətlə, son zamanlar rəqəmsal hökumət​ sektorunda vəziyyət ürəkaçan deyil, hətta deyərdim ki inteqrasiyanın baş tutmaması ucbatından​ rəqəmsal hökumətlə bağlı işlər geriyə doğru gedir”.

O.Gündüz qeyd edib ki, vətəndaşlar son zamanlar hətta ASAN Xidmət Mərkəzlərində onlayn formada ödənişlərin hansısa dövlət qurumu tərəfindən qəbul edilməməsi səbəbindən geri qaytarılır və birbaşa banka yaxınlaşıb –çek əldə edərək ödəniş edilməsi tələb olunur. Bütün bunlar isə EHİM üçün ciddi siqnal olmalıdır. Təəssüf ki, EHİM-in​ yuxarıda adı çəkilən məlumatında, yuxarıda sadalananların heç birisi haqqında məlumat əldə​ etmək​ mümkün deyil. Düşünürəm ki, EHİM-in hesabat xarakterli məlumatında görülən işlərlə bərabər​ mövcud ciddi​ problemlərə də diqqət yetirilməliydi. Hansı dövlət qurumları öz sistemlərini inteqrasiya edib və hansılar​ edə bilməyib, onların siyahıları nə üçün dərc edilmir, hansılar​ bilərəkdən bunu etmir, vətəndaşlar və biznes sektoru üçün hansı yeni təkliflər gözlənilir, e-ximətlərin keyfiyyətində hansı dinamika var və s. EHİM nəhayət ki, dövlət qurumunun vətəndaşdan kağız formada hər hansı sənədin istənilməsinin qadağan olunması ilə bağlı hüquqi normativ aktın qəbul edilməsi haqqında​ Prezident Administarsiyası qarşısında, hökumət qarşısında çıxış etməlidir:

“EHİM​ Ədliyyə Nazirliyi ilə birgə dövlətin informasiya sistemlərində mövcud olan rəsmi elektron sənədin printerdə çap edilərək yenidən notarial təsdiqini qadağan edən normalar hazırlmaladır.

EHİM hesabat verməlidir ki, ötən dövr ərzində nə qədər xidmətin sadələşdirilməsi aparılıb, bununla bağlı nə qədər hüquqi sənədlərə dəyişikliklər təklif edilib və bunun əsasında hansı normal elektron xidmətlər hazırlanb. “Elektron Hökumət” Portalı və​ “myGov” Portalı arasındakı paralelçılık nə zaman aradan qaldırılacaq? Amma EHİM-in hazırladığı məlumat sanki eGov sahəsində fəaliyyət göstərən bir İT şirkətin illik press relizidir. ​ Analmıram ki, bu cür strateji əhəmiyyət kəsb edən dövlət qurumunda​ kim və necə bu formada məlumat hazırlayıb açıqlaya bilərdi. Bir daha təəssüflə bildirirəm ki, EHİM-in belə bir​ məlumatının yayılması olduqca qüsurlu və mahiyyətcə onun qarşısına qoyulan vəzifələrə uyğun gəlməyən bir haldır”.

Sevinc
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər