Ru
17:07 / 25 Yanvar 2023

Cahangir Əsgərov işdən çıxarılıb? - RƏSMİ AÇIQLAMA

2836
Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb. Bununla bağlı prezidentin rəsmi sərəncamı olmadığı halda onun səlahiyyətlərinin əlindən alındığı bildirilirdi.

Bakupost.az manset.az-a istinadla bildirir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) birinci vitse-prezidenti Sabir İlyasov məlumatın yalan olduğunu bildirib:

“Mən Cahangir müəllimlə işlədiyim bu illər ərzində mətbuat onu 18 dəfə işdən çıxarıb, təzədən yerinə qaytarıb. Təbii ki, bu məlumatlar yalandır. Cahangir müəllim hazırda işinin başındadır. Mən elə Cahangir müəllimin yanındayam. Onun səlahiyyətlərinin əlindən alınması ilə bağlı xəbər cəfəngiyyatdır. Biz hazırda hamımız onun rəhbərliyi ilə işimizin başındayıq”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər