Ru
12:50 / 05 Noyabr 2022

AZAL-a birinci vitse-prezident təyin edildi - Sərəncam

5810
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Samir Rzayev qurumun I prezidenti təyin edilib.


Bakupost.az AZAL-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.


Qurumun digər I vitse-prezidenti isə əvvəlki qaydada Sabir İlyasov, vitse-prezidentləri isə yenə də İlham Əmirov, Fərdil Məmmədov və Eldar Hacıyevdir.


Xatırladaq ki, Nazirlər Kabineti noyabrın 3-də AZAL-ın Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında 30 aprel 2008-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.


Qərara əsasən, AZAL-ın İdarə Heyətinin (İH) tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, iki birinci vitse-prezidenti və dörd vitse-prezidentlərindən ibarətdir.


İndiyə qədər isə İH-nin tərkibi 7 nəfərdən — Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər