Ru
08:28 / 07 Fevral 2023

Cahangir Novruzov da zəlzələdən zərər gördü: “Ən dəhşətlisi budur ki…”

5931
"Az öncə Türkiyədə yaşayan və fəaliyyət göstərən çox dəyərli Cahangir Novruzovla əlaqə yaratdım. Vəziyyət hər bir bölgədə gərgindir. Bilirsiniz ki, Cahangir müəllimin yaşadığı ərazidə, Adanada da dağıntılar var".


Bakupost.az xəbər verir ki, bunu aparıcı Vasif Ayan deyib.

Aparıcı Cahangir Novruzovun vəziyyətlə bağlı danışdığını və bu gecə də pis şeylərin yaşana biləcəyini qeyd etdiyini bildirib:

"Heç kimə evlərində qalmağa icazə vermirlər. Bu saat biz Adana yaxınlığında bir kəndə gəlmişik. Orda bir yarım qatlı evdir, bir şey tərpənərsə, tez aşağı gedə bilərik. Heç kəsə gecə evdə qalmağa icazə vermirlər, bura toplanmış 5-10 ailə oturacağıq səhərə qədər. Səhər saat 4-ə yaxın zəlzələ çox güclü oldu, təxminən 1 dəqiqə 40 saniyə çəkdi. Bu böyük bir zəlzələdir. Maraş, Nur dağı var, o tərəflərdə oldu. Bizdə hardasa 7.2 – 7.4 oldu, amma çox güclü gəldi. Düzdür, bizim ev daha dayanqlıdır, deyirlər, 9 bal gücündə zəlzələyə dözür. Deyilənə görə, yenə ağır zəlzələ olma ehtimalı ola bilər. Adanada 3-4 bina çöküb, altında nə qədər insanlar... – öldümü, qaldımı, bəlli deyil. Amma səsləri gəlir. Bir də ən dəhşətlisi budur ki, dünən gecə sel kimi yağış yağdı. O insanlar xilas edilsələr də, sətəlcəmdən ölə bilərlər.

Biz pis deyilik, ailəmiz qorxub, nəvəm yanımdadır. Onları sakitləşdirmək lazımdır. İnşallah, Allah kömək olsun hamıya”, – V.Ayan xalq artisti Cahangir Novruzovun sözlərindən sitat gətirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər