Ru
16:09 / 20 May 2022

Cəlal Əliyevlə söhbətimizin tam versiyasını yaymayacağam - Sensasion müsahibəni götürən jurnalist danışdı - VİDEO

9244
Bu günlərdə mərhum akademik Cəlal Əliyevin Heydər Əliyevin Azərbaycana gəlməsi prosesi ilə bağlı açıqlamalarının yayılması ciddi rezonansa səbəb oldu.




Bakupost.az xəbər verir ki, həmin müsahibəsində o, H.Əliyevin Azərbaycana necə gəldiyini, onu aeroportda kimlərin qarşılaması barədə deyilənlərin çoxunun yalan olduğunu bildirib. Xüsusən bu barədə kitab yazan Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın saxtakarlıq etdiyini, həqiqətə uyğun olmayan məlumatlar yaydığını deyib və ona ağır ifadələr işlədib:

“ELMİRA AXUNDOVA KİMİ ÇİRKİN İNSANLAR İNDİ GÖRÜN NƏ ƏXLAQSIZLIQLAR EDİRLƏR”


Sensasiyaya səbəb olan həmin müsahibənin illər sonra, niyə indi yayılması da ayrıca müzakirə mövzusudur.


Məsələ ilə bağlı müsahibəni götürən tanınmış jurnalist, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Televiziya və Radio Akademiyasının rektoru Faiq Hüsiyev Bakupost.az -ın suallarına qısa cavab verib.



- Faiq müəllim, müzakirələrə səbəb olan müsahibəni nə vaxt götürmüşdünüz?

- C. Əliyevin ölümündən bir il qabaq.

- Müsahibə həmin vaxt niyə yayımlanmadı?

- Belə məsləhət oldu.

- Bəs niyə indi yaydınız?

- Ümummilli lider H. Əliyevin anım günündə onun Azərbaycana necə gəlməsi ilə bağlı indiyə qədər heç yerdə səslənilməyən həqiqətləri təqdim etmək istədik.

- Hiss olunur ki, geniş müsahibə götürmüşdünüz. Bu, sadəcə həmin müsahibədən bir parçadır. Müsahibənin tam variantını yaymaq fikriniz varmı?

- Xeyr.



Qeyd edək ki, E. Axundova H. Əliyev Moskvadan Bakıya gələndə hava limanında onu qarşıladığını iddia edib.

C. Əliyev isə müsahibəsində E.Axundovanın yalan danışdığını dəqiq faktlarla açıqlayıb. Bildirib ki, H. Əliyevi hava limanında o və Rəfael Allahverdiyev qarşılayıb.


E.Mirzəyev
BakuPost


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • Rəhim

    Bu Elmira Axundova zamanında ac-yalavacın biri, sadə həyat tərzi keçirən olub və birdən-birə bunun ulduzu necə parlayıbsa, bərq vuraraq göz qamaşdırıb. Oğlu Həbibçikin fironluğ dövrü də burdan başlayaraq, müxtəlif obyektlər, maşınlar, hətta Yaxtayacan belə...nə isə...aftafa görməyən arxanın xorultusu məsəli...

  • Cəlal Hüseynov

    Görünür Əjdər Xanbabayev kimi can yandıran olmuyub.Ona görədə təkcə o qətlə yetirilib.Allah Rəhmət eləsin Əjdər müəllimə

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər