Ru
10:57 / 06 Oktyabr 2022

Cəmi 0.5 faiz... - Bakının faciəvi yaşıllıq göstəricisi

2381
“Ekologiya Nazirliyinin bu gün yayılan məlumatına görə, Bakıda yaşıllıq sahələrinin həcmi cəmi 920 hektardır. Ümumi ərazisi 214 min hektar olan meqapolis üçün faciəvi səviyyədə aşağı bir göstəricidir - ümumi ərazinin hətta 0.5%-i belə yaşıllıq sahəsi deyil”.


Bakupost.az bildirir ki, bunu iqtisadçı Rövşən Ağayev bildirib.


Göstəriciləri müqayisə edən R. Ağayev vurğulayıb ki, yaşıllıq İstanbulda 2.2%, Tokioda 7,5%, Parisdə 9.5%, Berlində 14,4%, Nyu-Yorkda 27%, Londonda 33%, Vyanada 45%, Osloda 68% təşkil edir:




“Yaşıllıq sahəsi dedikdə bütünlükdə ictimai istifadədə olan meşə, park və bağçaların ərazisi nəzərdə tutulur.
Bakının 0.5%-lik yaşıllıq göstəricisi bizim ekoloji baxımdan nə dərəcədə əlverişsiz bir ərazidə yaşadığımızı göstərir.
Ən böyük fəlakət odur ki, yaşıllıqdan bu qədər yoxsul şəhər son 20 ildə olan-qalan yaşıllıqların məhv edilməsilə nəhəng tikinti meydançasına çevrilib.

Bakı ilə bərabər Abşeron da eyni fəlakəti yaşayır. Xırdalanda son 15 ildə potensial olaraq park və ya meşə zolağına çevrilə biləcək 2 böyük ərazinin sıx məskunlaşma ərazisinə çevrilməsi təkcə ekoloji fəlakətə yox, həm də demoqragik və nəqliyyat böhranına səbəb olub”.


Qeyd edək ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib ki, 2040-cı ilə qədər Bakı Bulvarının ərazisinin genişləndirilməsi, paytaxtda yaşıllıqların sahəsinin təxminən 3-4 dəfə artırılması nəzərdə tutulur:

"Paytaxtın yeni Baş Planı çərçivəsində bulvarın uzunluğu 25 km-dən çox olacaq. Bakıda yaşıllıq sahəsinin isə indiki 920 hektardan 3 169 hektara çatdırılması planlaşdırılır", - deyə o, qeyd edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər