Ru
10:23 / 30 İyul 2022

Cəmil Həsənli Milli Şuradan gedir

1698
Milli Şuranın sədri Cəmil Həsənli tutduğu vəzifədən getmək niyyətindədir.


Bakupost.az xəbər verir ki, Cəmil Həsənli bu barədə İngiltərədə BBC Azərbaycanca-ya müsahibəsində bildirib.


“Mən Milli Şura sədrliyindən getməklə bağlı bir təklif vermişəm. Milli Şura gəncləşməlidir, yeniləşməlidir. Mən artıq 8-ci ildir bu təşkilatın rəhbərliyindəyəm. Nəyəsə insanları çağırırsansa, əvvəl özün o prosesin önündə olmalısan. Londonda, Parisdə, Berlində, ya da Vaşinqtonda oturub insanları riskli bir cəmiyyətdə etiraza çağırmağın bir az əlavə mənəvi yükü var. Yaşın elə bir həddidir ki, hər yerdən, o cümlədən bu dünyadan da gərək vaxtında gedəsən”, - deyə Cəmil Həsənli qeyd edib.


O, həmçinin vurğulayıb ki, Milli Şuranın sədrliyindən istefa versə də, Şuranın rəhbərliyində qalmaq niyyətindədir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər