Ru
21:50 / 24 Noyabr 2022

Cennifer Lopezə nə olub? - Bütün sosial şəbəkələrdən getdi - FOTO

2802

Dünyaca məşhur müğənni Cennifer Lopez heyranlarını təəccübləndirən addım atıb.


Bakupost.az xəbər verir ki, müğənni bütün sosial şəbəkələrdən gedib.


Son illərdə karyerasında sosial şəbəkələrdən də aktiv şəkildə istifadə edən ifaçının bu addımı şok yaradıb.


Ceylonun "Instagram"da 227 milyon, "Twitter"da 45.5 milyon, "TikTok"ta da 15.4 milyon təqibçisi var. Buna baxmayaraq, sənətçi bu sosial media platformalarındakı bütün paylaşımlarını, hətta profil şəklini də silib.


Bir çox təqibçisi Cennifer Lopezin böyük bir layihə ilə geri qayıdacağı üçün "qaranlığa büründü"yünü düşünür. Belə ki, daha öncə məşhur model Kayli Cenner özünə məxsus kosmetika brendini elan etməzdən öncə oxşar addım ataraq sosial şəbəkələrdən bütün paylaşımlarını silmişdi.


Cennifer Lopezə nə olub? - Bütün sosial şəbəkələrdən getdi - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər