Ru
13:20 / 22 Sentyabr 2022

Ceyhun Bayramov ermənilərin səfirliklərimizə hücumlarından danışdı - VİDEO

1084
“Kütlə halında 3-5 nəfər diplomata hücum etmək heç bir mənəvi və hüquqi normaya sığmır”.


Bakupost.az bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə açıqlamasında erməni radikalların Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumu ilə bağlı danışarkən deyib.


Nazir qeyd edib ki, diplomatlar və diplomatik missiyaların toxunulmazlığı müzakirə predmeti ola bilməz: “Əfsuslar olsun ki, xarici ölkələrdə revanşist fikirlərlə yaşayan radikal erməni qüvvələr çoxdur. Onlar hər zaman təxribatlara əl atırlar. Bizim diplomatik missiyalarımıza, diplomatlarımıza olan hücumlar tamamilə qəbuledilməzdir və bütün beynəlxalq münasibətlərin təməl prinsiplərinin tapdalanmasıdır. Çünki diplomatlar və diplomatik missiyaların toxunulmazlığı müzakirə predmeti belə ola bilməz. Hətta fəal müharibə aparan ölkələr arasında da bu qaydalara hər zaman riayət olunub. Kütlə halında 3-5 nəfər diplomata hücum etmək heç bir mənəvi və hüquqi normaya sığmır. Belə hallar baş verəndə biz digər tədbirlərlə yanaşı, öz qəti etirazımızı da bildiririk. Çünki həmin ölkələr Vyana Konvensiyasına üzvdür və ölkələrində yerləşən bütün diplomatik missiyaların təhlükəsizliyini təmin etmək onların öhdəliyidir. Biz bunu gözləyirik”.


C.Bayramov vandalizmə əl atan radikalların tapılıb cəzalandırılmalı olduğunu qeyd edib: “Biz bu cür hadisələrlə bağlı müxtəlif ssenarilərin şahidi olmuşuq. Elə ölkələr var ki, onlar özləri belə hadisələr barədə məlumatlı olurlar. Bəzi hallarda isə biz qarşı tərəfi məlumatlandırırıq və nəticədə qabaqlayıcı tədbirlər görülür. Elə situasiyalar da var ki, ortada bəlli bir vandallıq aktı olur. Belə hallarda gözləntimiz günahkarların tapılması və cəzalandırılması yönündədir. Təxribatların fərqli növləri var. Bu yaxınlarda qanunsuz məskunlaşmış əhali Laçını tərk edərkən radikallaşmış erməni diasporunun nümayəndələri onlara çağırışlar edirdi ki, evləri yandırın, kompensasiyanı biz verəcəyik”.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər