Ru
11:37 / 29 Avqust 2022

"CeyLo-nun "kitayski poddelka"sı " - Tolikdən Damlaya irad

6073

Dünən konsert verən müğənni Damla yenidən gündəm olub.

Bakupost.az xəbər verir ki, müğənni qara bot, qısa köynək və şort-şalvarda səhnəyə çıxıb.


Damlanın bu geyimi sosial mediada tənqid olunub, izləyicilər onun zövqsüz seçimlər etdiyini, özünə uyğun geyinmədiyini vurğulayıblar.





Müzakirələrə qoşulanlar arasında aparıcı Tolik (Tarix Əliyev) də olub.


O şərh yazaraq bunları bildirib:


"Bu geyim Damlanın bədən quruluşuna uyğun deyil. Yaxşı qızdır, həm safdır, həm ağıllıdır, həm də biclik edir. Bilir ki, belə geyinsə, hamı yazacaq. Konsert kiməsə maraqlı olmayacaq. bir də öz aləmində kişicik olan stilistlər, özləri qadın geyimi geyinirlər. onu da belə geyindiriblər ki, sən CeyLosan. Amma demirlər ki, CeyLo bunu daşıya bilir. Yazıq Damlanı arvad simalı stilistlər pis günə qoyurlar.


Damla pul buraxır, gözəl kliplər çəkir, amma işləri gündəm olmur. Bu da müğənninin ən böyük uğursuzluğudur. Gərək müğənninin klipi də, hər layihəsi də gündəm olsun. Geyimləri də zövqsüz: biri var brend ola, biri də var CeyLo-nun "kitayski poddelka"sı ".


Əlavə edək ki, Damla son zamanlar uğursuz geyimləri ilə dəfələrlə tənqid olunub.









Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər