Ru
13:31 / 25 Noyabr 2022

Çin gəmiləri Yaponiyaya daxil oldu

1336
Çin Sahil Mühafizəsi gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafında Yaponiya ərazisinə daxil olduğu bildirilib.

Bakupost.az xəbər verir ki, Çin gəmiləri Minamikojima ətrafında yapon balıqçı gəmilərinə yaxınlaşmağa cəhd edib.
Yaponiya Sahil Mühafizəsi Çin gəmilərinə ərazini tərk etmələri ilə bağlı xəbərdarlıq edib.

Balıqçı gəmilərinin təhlükəsizliyinin təmin edildiyi bildirilib.

Qeyd edək ki, Şərqi Çin dənizindəki Senkaku arxipelaqı 5 ada və 3 qayadan ibarətdir. Çin, Yaponiyaya məxsus olan Senkaku adalarında haqları olduğunu iddia edir. Heç kəsin yaşamadığı bu adalar uzun müddətdir ki, suverenlik müzakirələrinə səbəb olur.

Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər