Ru
15:12 / 05 Avqust 2022

Çin Pelosiyə sanksiya tətbiq etdi

1253
Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə Tayvana səfəri ilə əlaqədar sanksiyalar tətbiq edib. Həmçinin, bu sanksiyalar onun ailə üzvlərinə də şamil olunub.


Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, son iki gün ərzində Tayvan ətrafında 100-dən çox hərbi təyyarəsi və 10 gəmi döyüş atəşli hərbi təlimlərdə iştirak edib. Tayvan sahillərində altı zonada keçirilən "birgə bloklama əməliyyatları"nda qırıcılar, bombardmançılar, esmineslər və freqatlardan istifadə edilib.


Çin ordusunun Şərq komandanlığı təlim çərçivəsində raketlərin yeni versiyalarından istifadə edildiyi və Tayvan boğazında naməlum hədəfləri vurduğunu açıqlayıb. Buraya Tayvan üzərindən Sakit Okeana atılan mərmilər daxildir.


Təlim Pelosinin bu həftə Tayvana səfərinə Çinin cavabıdır. O, son 25 ildə Tayvana səfər edən ən yüksək vəzifəli ABŞ siyasətçisidir.


Zaur
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər