Ru
16:27 / 24 Noyabr 2022

Çin polisi iPhone fabrikində nümayişçiləri döydü - VİDEO

1428
Çin polisi Foxconn Technology Group-un Çjençjoy şəhərindəki ən böyük iPhone fabrikində nümayişçiləri döyüb.

Bakupost.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumatda bildirilir ki, genişmiqyaslı etirazlar noyabrın 23-dək davam edib. Polis onlara müqavimət göstərən aksiya iştirakçılarını dəyənəklə döyüb.

Etirazlar noyabrın 22-də Foxconn işçilərinin maaş şərtlərinə dəyişikliklərə etiraz etməsindən sonra başlayıb. Bildirilir ki, sərt kanatin rejimində çalışan işçilər onlara vəd olunan ödənişləri yalnız 2023-cü ilin martına qədər işlədikləri təqdirdə ala biləcəklərini öyrəniblər.

Şirkət isə bildirib ki, maaşlarla bağlı yaranan problem texniki səhvdir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər