Ru
14:15 / 04 Avqust 2022

Münaqişə qızışır: Çin Tayvana raket atdı - VİDEO

1588
Çin Xalq Azadlıq Ordusunun quru qoşunları cümə axşamı Tayvan boğazının şərqində yerləşən sularda uzaqmənzilli artilleriyadan istifadə edərək döyüş atışı həyata keçirib.

Bakupost.az TASS-a istinadən bildirir ki, bu barədə Çin ordusunun Şərq Döyüş Komandanlığının bəyanatında deyilir.

Qeyd edilir ki, atəş Pekin vaxtı ilə saat 13:00-da (Bakı vaxtı ilə 09:00) başlayıb. "Tayvan boğazının şərq hissəsinə dəqiq zərbələr endirilib, gözlənilən nəticələr əldə edilib", - sənəddə deyilir.


Çin ordusu cümə axşamı günü Tayvan ətrafındakı altı bölgədə genişmiqyaslı döyüş atəşli hərbi təlimə başlayıb. Manevrlər avqustun 7-si günortaya kimi davam edəcək. Tayvanın Mərkəzi Xəbər Agentliyinin daha əvvəl bildirdiyi kimi, altı təlim bölgəsindən üçünü ada administrasiyası öz ərazi suları hesab edir.

Çinin dövlət mediası raketin buraxılışının görüntülərini və təlimdə iştirak edən qüvvələr haqqında məlumatları da dərc edib.

Tayvanın Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Çinin hərbi təhdidini qınamağa çağırıb.


Zaur
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər