Ru
14:45 / 02 Dekabr 2022

Çində karantin düşərgəsi yandırıldı - VİDEO

1838
Çinin Lançjou vilayətində karantin düşərgəsilərindən biri yandırılıb.

Bakupost.az Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə ilə bağlı video Reddit istifadəçisi tərəfindən yayılıb.

Müəllif öz paylaşımında etirazçıların Lançjou qraflığındaki karantin düşərgəsini nə vaxt yandırdıqlarını açıqlamayıb.


Qeyd edək ki, şəhərdə yanan karantin düşərgəsi ilə bağlı oxşar video 36000 abunəçisi olan təsdiqlənmiş istifadəçi, El American media platformasının baş redaktoru Ben Kyu tərəfindən Twitter-də də yerləşdirilib. Onun sözlərinə görə, binadakı yanğın genişmiqyaslı etirazlar fonunda baş verib, bu zaman yerli sakinlər COVID-19 ilə əlaqədar məhdudiyyətlərin yumşaldılmasını və Çin sədri Si Cinpinin istefaya göndərilməsini tələb ediblər.

“Heç kim bu zorakılığı alqışlamır, lakin çinli dissidentlərin bu zalım kommunist rejiminə qarşı başqa hansı variantları var?”, - deyə o, karantin düşərgəsinin yandırılmasını şərh edib.

Görüntülərdən həmçinin xilasetmə qruplarının hadisə yerində yanğını söndürməyə çalışdığını görmək olar.


Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər