Ru
19:16 / 02 Avqust 2022

Çindən ABŞ-a XƏBƏRDARLIQ: "Bu, çox ağır nəticələrə gətirib çıxaracaq"

916
Çin Xarici İşlər Nazirliyi Konqres Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvan adasına səfəri ilə bağlı ABŞ-a xəbərdarlıq edib.


Bakupost.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszyan brifinqdə danışıb.


"Çin dəfələrlə Nensi Pelosinin Tayvana mümkün səfəri ilə bağlı ABŞ-a ciddi narahatlığını və kəskin etirazını bildirib, onun Tayvana səfər edəcəyi təqdirdə ciddi nəticələrin olacağını vurğulayıb. Xalqın iradəsini gözardı etmək olmaz və odla oynayanlar onunla yandırılacaq. Ümid edirəm ki, Amerika tərəfi Çinin güclü və aydın mesajını tam başa düşüb. Onun Tayvana səfəri Çinin daxili işlərinə kobud müdaxilə, ÇXR-in suverenliyi və ərazi bütövlüyünün ciddi şəkildə pozulmasıdır. Bu isə Tayvan boğazı bölgəsində sülh və sabitliyə əhəmiyyətli təhlükə olacaq. Bu, Çin-ABŞ münasibətlərinə nəzərəçarpacaq ziyan vuracaq, çox ciddi hadisələrə və ağır nəticələrə gətirib çıxaracaq.


Çin bir daha ABŞ-ı xəbərdar edir ki, ÇXR yüksək hazırlıq vəziyyətindədir, Çin Xalq Azadlıq Ordusu heç bir halda buna biganə qalmayacaq və ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün mütləq güclü və təsirli cavab tədbirləri görəcək”, - deyə sözçü vurğulayıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər