Ru
22:00 / 29 Noyabr 2022

Çinlə İngiltərə arasında jurnalistə görə qalmaqal yarandı - Səfir XİN-ə çağırıldı

2030
Çinin Londondakı səfiri Cinq Ziquanq Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.


Bakupost.az xarici KİV-ə istinadən bildirir ki, buna səbəb Çində COVİD-19 etirazlarını işıqlandıran BBC müxbiri Edvard Lourensin həbs olunmasıdır.


Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin bu barədə verdiyi məlumata görə, BBC müxbirinin saxlanılması ilə bağlı nazirliyə dəvət edilən səfirdən izahat tələb olunub.


Xatırladaq ki, BBC əməkdaşının Çində COVİD-19 tədbirlərinə qarşı etirazlar sırasında döyüldüyünü, həbs edilərkən əllərinin qandallandığı yazıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien isə bildirib ki, BBC müxbiri polis tərəfindən saxlanılarkən özünü jurnalist kimi təqdim etməyib.












Çinlə İngiltərə arasında jurnalistə görə qalmaqal yarandı - Səfir XİN-ə çağırıldı
Çinlə İngiltərə arasında jurnalistə görə qalmaqal yarandı - Səfir XİN-ə çağırıldı
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər