Ru
10:47 / 25 Sentyabr 2024

Cırılmış dərsliklərdən şagirdlər nə öyrənsinlər?! – Şikayət - VİDEO

3325
Suraxanı rayonundakı 89 nömrəli tam orta məktəbin valideyni dərsliklərin yararsız olmasından şikayətçidir.

O, bu barədə Bakupost.az –a müraciətində bildirib.

“Qızım 7-ci sinifdə oxuyur. Kitablar pis gündədir. Vərəqləri tökülür. Bu dərsliklərlə şagirdlər nə öyrənsinlər?”, - deyə valideyn vurğulayıb.


Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsindən Bakupost.az –a bildirildi ki, 2024-2025-ci tədris ilinə hazırlıq çərçivəsində məktəblərin tələb məktubuna əsasən, təhsil müəssisələri uyğun sayda yeni dərslik komplektləri ilə təmin olunub:

“Hər hansı səbəbdən şagirdlərə verilmiş dərsliklərin dəyişdirilməsi zərurəti yaranarsa, bununla bağlı məktəb tərəfindən müvafiq qaydalara uyğun olaraq operativ tədbirlər görülür.

Qeyd edək ki, dərsliklərin qorunub saxlanılması və normal istifadəsi baxımından təhsil müəssisələri ilə yanaşı, istifadəçilərin də məsuliyyəti nəzərdə tutulur. Dərsliklər hər 4 (dörd) ildən bir yenidən çap olunaraq şagirdlərin istifadəsinə verilir. Bu müddət ərzində həmin dərsliklər müvafiq qanunvericiliyin tələblərinə əsasən, qorunub saxlanılmalı, şagirdlər tərəfindən dərsliklərə qayğı ilə yanaşılmalıdır. Bu istiqamətdə təhsil müəssisələrində valideynlərin iştirakı ilə mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir”.




Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar