Ru
11:49 / 21 Avqust 2022

Çörəyiniz bizdən çıxır, girdiyi qədər yeyin! - Mir Şahin

11614
Real TV-də çörəyin qiymətinin qalxmasıyla bağlı sujetin başlığı sosial şəbəkələrdə ironiya ilə qarşılanıb.

Bakupost.az xəbər verir ki, “Çörəyin qiyməti xərcinə uyğunlaşdırıldı” başlığı TV rəhbəri Mir Şahinin təhqir olunması, ələ salınmasına səbəb olub.

Mir Şahin isə bu tənqid-təhqirlərə yazı ilə cavab verib.


Həmin yazını təqdim edirik:



REAL TV-NİN ÜSTÜNÜ UNLU GÖRƏNLƏRƏ:

—“BƏLİ, BİZ DƏYİRMANÇIYIQ!”

… Qaragüruh məntiqinə görə un bahalaşmamalıdır, çörək bahalaşmamalıdır, maaş qalxmalıdır, pensiya həddi azaldılmalıdır, hamıya pul paylanmalıdır. Dövlət bütün siyasətini- qaragüruhun aşağı zövqünə istinadla, populist şüarlarla gəvəzələyənlərin mədə-sanuzel təfəkkürünə uyğun qurmalıdır. Dünyanı bürüyən ərzaq böhranının Azərbaycana dəxli olmamalıdır. Piştaxtalar heç nəyə baxmayaraq dolu və hər şey də çooooooox ucuz olmalıdır! Qlobal istiləşmə dünyanın su stressi yaşayan ölkələrindən biri olan Azərbaycana yaxın düşməməlidir.

Qaragüruh məntiqinə görə Qarabağda bütün inşa-bərpa prosesi dayandırılmalı, Ağalıya yollanan köç başda olmaqla Böyük Qayıdış yalnız geri olmalıdır. Azad edilmiş torpaqlara qayıtmamalıyıq. Mədə-sanuzel təfəkkür daşıyıcılarına görə Azərbaycanda vətəndaşın heç bir, o cümlədən soaial məsuliyyəti olmamalıdır. O qlobal böhran zamanı taxıla, una, suya, ekologiyaya yeni tərzdə yanaşmamalıdır. Qənaət etməməli, planetdaşları haqqında düşünməməli, yenə geniş bucağa-geniş qucağa yaşamalıdır. Yer kürəsində baş verən olduqca ciddi böhran prosesləri məsuliyyətsizcəsinə qulaq ardına vurulmalı, cəmiyyətə etinasızlıq, biganəlik təlqin edilməli, xalqı böhrandan ləyaqətlə çıxarmaq istiqamətində görülən işlər gözdən salınmalı, SOSİAL ŞƏBƏKƏLƏR Dövlət əleyhinə tribunaya çevrilməlidir, qaragüruh küçələrə sürülməlidir.

…Bu qənaətə əslində çoxdan gəlmişəm: avam və savadsız, məsum və məlumatsız kontingentin şüuru ilə manipulyasiya edən kərimli-yaqublu-sadiqli-osmanqızı-səfərov-ibadoğlu-və s. toplumunun fəaliyyətini izlədikcə!

Amma niyə indi yazdım:

-deməli, bu əqli əlillər ( hökumət bağışlasın, yeni istilah bura girmir!) Real TV-nin reportajlardan birinə qoyduğu “Çörəyin qiyməti xərcinə uyğunlaşdırıldı” başlığını tənqid edir, guya bizim “bahalaşdı” sözündən məqsədli imtina etdiyimizə işarə vurur, açıq təhqir edirlər!
Bəli, biz həssas, hər dəyişikliyə hürkərək adekvat olmağa çalışan tamaşaçıya bəzən neqativ xəbərləri nisbətən yumşaq ifadələrlə çatdırırıq. Ona görə ki, istehlakçını hər hansı ehtiyatsız təqdimat əsassız tələskənliyə, yersiz tədarükçülüyə təhrik edə bilər. Bugünlər bu xüsusilə yolverilməzdir! Biz bəzən faktları öz adıyla yox, daha yumşaq sinonimlə çağırırıq. Məsələn, mən bu səbəbdən tutaq ki, qara… sürü yox, qara güruh deyirəm!

Üstümüzü unlu görürsüz?
Yanılmırsız!!! Elədir ki var, unluyuq!

Adımızı dəyirmançı qoymaq istəyirsiz, qoyun! Bu ölkənin Dəyirmanı da, Dəyirmançıları da elə bizik!
Ona görə də çörəyiniz bizdən çıxır! Yeyin. Bacardığınız qədər, girdiyi qədər yeyin! Başlığa gəlincə, Başlıq yerindədi, Siz-başınızın yerində olub-olmadığını yoxlayın!
Şərhlər
  • Moranli

    Mir Sahin,az danish ki,sene bu cur cavab vermesinler,seni yetiren dogma O TORPAGIN adetlerine emel ele!Yashin da az deyil......... Heyf PERIMBEL -MUQEDDESLER-SEYYIDLER -KENDI !!!!!!!

  • savalan

    Bu vicdanını abort edən alçaq "çörəyin qiyməti xərcinə uyğunlaşdırıldı"deyir... İllərdir monopoliyaya məruz qalan zavallı millətə çörək unu yerinə heyvan yemi yedizdirilir. Bu bişərəfsə ...

  • t.ədalət

    Mir Şahin məzmunsuz,hakimiyyətə yarınmağa hesablanmış danışıq oyunçusudur.Efirdən aralanan kimi nə danışdığı yaddaşlardan silinir.O nə bilir iqtisadiyyat nədir.Yaxşı olar ki,hər kəs aid olduğu yerdə dayansın.Çörəyin qiyməti onun xərclərini,ən azı iki dəfə üstələyir.Birincisi,ölkəyə taxıl gətirilməsini hakimiyyət öz əlinə alıb və başqasının gətirməsini dərman sahəsində olduğu kimi imkan vermir.İkincisi ,maliyyə məxaricləri üzərindən nəzarəti götürüb camaatdan gizli saxladıqları kimi,burda da taxzılın alınmasından tutmuş çörəyin hazırlanmasına kimi hər şey örtülü saxlanılır.Toyxanalarda Hindistandan gətirilmiş leş ətlərini sirkəli suda yuyub camaata verdikləri kimi,Hindistandan,həm də qadın saçları tədarük olunub gətirilir.Kimyəvi yolla ağardılıb unun ağlığını artırmaq üçün istifadə edirlər.Bir sözlə,məhkəmələrdə olduğu kimi,hər şey yuxarıdan göstərişlə icra olunur..

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər