Ru
16:35 / 15 Avqust 2022

Çox ciddi qüsurlar var - Millət vəkili rektorları tənqid etdi

7907
"Təəssüf ki, həkim yetişdirən bir universitetdə islahatlar apara, özəl təhsil sistemini formalaşdıra bilmədik"


Xaricdə təhsildən danışarkən, ilk ağıla gələn məsələ ölkədən beyin axınının baş verməsidir.

Potensial kadrların ölkəni tərk etməsi məyusluq doğrurur. Eyni zamanda yüksək bal toplayan tələbələr Azərbaycan universitetlərindən imtina edib xaricə üz tuturlar. Buna misal olaraq 700 bal toplayan Nigar Ağazadənin Azərbaycan universitetlərindən imtina edərək Türkiyənin Ankara Universitetinin tibb fakültəsini seçməsini göstərə bilərik.

Niyə yüksək bal toplayan abituriyyentlər xaricə üz tutur??


Məsələ ilə bağlı Milli Məclisin Təhsil komitəsinin üzvü, millət vəkili Etibar Əliyev Bakupost.az -a açıqlama verib.


Millət vəkili qeyd edib ki, yüksək bal toplayan abituriyyentləri qane etməyən məsələlər çoxdur:


“İnformasiya-kommunikasiya texnologiyaları elə inkişaf edib ki, hələ məktəb yaşından şagirdlər bizim universitetlərin adlarının reytinq cədvəlində olmamasını, təhsilin keyfiyyətinin çox aşağı olduğunu görürlər. Eyni zamanda professor- müəllim heyətinin keyfiyyəti, təhsil mühiti qənaətbəxş deyil. Ali məktəblərin laboratoriya təchizatları, xarici ölkə universitetləri ilə müqayisədə çox zəifdir. Xüsusilə tibb sahəsində fərq böyükdür. Ona görə də abituriyentlər seçim qarşında qalmalı olur. Təbii ki, abituriyent yüksək nəticə göstəribsə, deməli yüksək istedadı var. O, istedadını puç etmək istəmir. Ona görə də daha yaxşı təhsil almaq istəyir. Bu baxımdan onlar xarici universitetləri seçirlər”.


E.Əliyev Azərbaycan universitetlərində islahatların aparılmasına ehtiyac olduğunu bildirib:


“Çox təəssüf ki, müstəqillik əldə etdiyimiz vaxtdan bəri universitet islahatları apara, özəl təhsil sistemini formalaşdıra bilmədik. Dövlət ali məktəblərinin əksəriyyətində rektorların səriştəsizliyi, tamahı nəticəsində dünyaya çıxa biləcək bir neçə universitet qura bilmədik. Düzdür, son zamanlar bir neçə ali məktəblərdə - ADA, Bakı Ali Neft Məktəbi, İqtisad Universitetində(UNEC) ciddi inkişaf var. Yüksək bal toplamış abituriyentlər bu təhsil ocaqlarına üz tutur və müəyyən nəticələr də əldə edirlər. Lakin üç ali məktəblə iş bitmir. Təəssüf ki, Azərbaycanda həkim yetişdirən yalnız bir ali məktəb var. Burada da təhsiln keyfiyyətində ciddi qüsurlar müşahidə olunur. Yəqin 700 bal toplayan abituriyentimizin universitet haqqında məlumatı var ki, burada yaxşı həkim kimi yetişmək mümkün deyil. Təhsilin müddəti, keyfiyyəti, əlaqələri, professor-müəllim heyətinin tərkibi qanedici olmadığı üçün gənclər xaricə üz tuturlar”.


Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər