Ru
16:06 / 02 Avqust 2022

“Çox sevincliyik...” - Ağalı sakini - VİDEO

3360
Zəngilan rayonunun Ağalı kənd sakinləri artıq 10 gündən çoxdur ki, doğma yurd-yuvalarına qayıtmağın sevincini yaşayırlar. 200-dən çox keçmiş məcburi köçkün yeni evlərində təsərrüfat işləri ilə məşğul olur, yaradılmış şəraitə uyğunlaşma dövrü keçirirlər.



Bakupost.az xəbər verir ki, 2022-ci il iyulun 23-də “Ağıllı kənd”ə üçüncü köç karvanı ilə gəlmiş Orucovlar ailəsi Ağalıda onlar üçün yaradılan şərait, infrastruktur və doğma kəndlərinə qayıtmaqdan məmnunluq hissi keçirdiklərini bildiriblər. Ailə başçısı Orucov Namil Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, qüdrətli Azərbaycan ordusuna, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdar olduğunu bildirib.



Xatırladaq ki, Zəngilan rayonu, Ağalı kənd ərazisində “ağıllı kənd” konsepsiyası çərçivəsində yenidən inşa edilmiş 41 mənzil 19-25 iyul tarixlərində keçmiş sahiblərinin ixtiyarına verilib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər