Ru
19:21 / 04 Avqust 2022

Daha 150-dək müharibə əlilinə birdəfəlik ödəmə veriləcək

780
Sənədləri e-sistemlərdə və arxivlərdə olmayan müharibə əlillərinin müvafiq hərbi-həkim komissiyalarına müraciətləri əsasında daha 150-dək şəxsin birdəfəlik ödəməni almaq hüququ təsdiqlənib.


Bu barədə Bakupost.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.


Bildirilib ki, yaxın günlərdə onların da bank hesablarına ödəniş köçürüləcək: “Bu barədə hər birinə SMS göndəriləcək”.


Qeyd edək ki, Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər