Ru
13:13 / 01 Oktyabr 2022

Tərtərdə iki nəfərin minaya düşməsi ilə bağlı cinayət işi açıldı - Yenilənib

2569

Baş Prokurorluq Tərtərdə iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb.


Baş prokurorluğun mətbuat xidmətindən Bakupost.az -a verilən məlumatda bildirilib ki, oktyabrın 1-də Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarovun minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.


Aparılan araşdırmalarla rayonun Qızıl oba kəndində olarkən qeyd olunan şəxslərin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.


Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.


***

12:05


Tərtərdə iki nəfər rayon sakini – 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu Səhləbad minaya düşüb.



Bakupost.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Üçüncü sovxoz adlanan ərazisində baş verib.


Yaralılar xəstəxanaya yerləşdirilib.


Yaralıların ayaqlarının amputasiya edildiyi bildirilir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər