Ru
21:12 / 10 Fevral 2022

Daha bir deputat jurnalisti təhqir etdi - FOTO

76227
Daha bir deputat jurnalisti təhqir edib.

Bakupost.az xəbər verir ki, millət vəkili Etibar Əliyev şəxsi Feysbuk hesabında Xural TV-nin rəhbəri Əvəz Zeynallı barəsində təhqiredici ifadələr yazıb: “Hörmətli psixoterspevtlər!
Sizdən xahiş edirəm ki, Xural TV-nin rəhbəri Əvəz Zeynallının psixoloji durumunu dəyərləndirəsiniz. Bu adam efirdən bağırır, özünün mənəviyyatsızlığını dəyərləndirmədən insanlara əxlaq dərsi keçməyə çalışır, qeyri-adi jestər edir. Deputatları və dövlət adamlarını halüsinasiya vəziyyətində aşığılayır. Psixologiyanın Bihoverizm sahəsi bunun psixi xəstə olduğunu təsdiqləyə bilər. Bu cür adamın efirə özünü dürtməsi yolverilməzdir”.

Başqa bir statusunda isə “Xural”ı tövlə adlandırıb: “Boyuna xam ip tutum, ay Ramiz Mehdiyev! Xural. tv deyilən bir tövlədə dana kimi böyürən Əvəz Zeynallıya istinad edirsən...Get intihar elə...”

E.Əliyevin bu dediklərinə qarşı tərəfin cavabı gecikməyib. Əvəz Zeynallı Reaksiya TV-nin efirində onu alkaş adlandırıb və Milli Məclisdə belə adamların olmasından təəssüfləndiyini deyib: “Xural TV milyonların ailəsidir. Bu ailəyə tövlə demək üçün gərək, tövlədə böyüyəsən”.

Xatırladaq ki, bundan bir neçə gün əvvəl Milli Məclisin deputatı Cavanşir Feyziyev də jurnalistləri təhqir edib və bu, böyük skandala səbəb olub. Təhqir olunan 18 jurnalist məsələylə bağlı Milli Məclisin sədrinə müraciət ediblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər