Ru
19:19 / 11 Noyabr 2022

Daha bir ölkə 4 günlük iş rejiminə keçdi

4358

Belçika 4 gün iş rejiminə keçir.


Bakupost.az xarici mediaya istinadən bildirir ki, bununla bağlı qərar "Rəsmi Qəzet"də dərc olunduqdan sonra qüvvəyə minib.



Qərara əsasən, işçilərin maaşlarında dəyişiklik olmayacaq. 4 gün işləyib-işləməyəcəyinə işçi özü qərar verəcək. Yeni sistemdə iş saatları azaldılmayacaq. Yəni 4 günlük iş sisteminə keçənlər gün ərzində 8 saatdan çox işləməli olacaqlar.


Qanuna görə, şəxsin 4 gün işləmək tələbi işdən çıxarılma üçün əsas sayılmayacaq. Maaş və sosial müavinətlər dəyişməz qaldığı halda, gündəlik yemək və yol pullarının miqdarında dəyişiklik ola bilər.


Ölkədəki işçilər noyabrın 20-dən etibarən 4 günlük iş rejimi tələb edə biləcəklər.


Xatırladaq ki, bu ilin iyun ayında İngiltərədəki 70 şirkətdə 3300-dən çox əməkdaşın iştirakı ilə pilot layihəyə start verilib. Belə ki, həmin işçilər 6 ay müddətində həftədə 4 gün işə çıxacaqlar. Beləliklə, həftədə 4 gün işləməklə 5 günlük məhsuldarlığı almağın mümkün olub-olmadığı yoxlanılacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər