Ru
17:02 / 17 Mart 2023

Daha bir ölkədə TikTok qadağan edildi

2349
Yeni Zelandiyada TikTok qadağan edilir.


Bakupost.az xəbər verir ki, Çin sosial media platforması TikTok-un bütün dünyada istifadəçi məlumatlarını Çin hökuməti ilə paylaşa biləcəyi ilə bağlı artan narahatlıqlar var.

Çində yerləşən “ByteDance” şirkətinə məxsus TikTok-a qadağa Yeni Zelandiyadan da gəlib. Yeni Zelandiya millət vəkilləri və digər parlament məmurlarının istifadə etdiyi dövlət telefonlarında TikTok tətbiqinin təhlükəsizlik səbəbi ilə qadağan edildiyi açıqlanıb.

Ayın sonundan etibarən qüvvəyə minəcək qadağanın ABŞ və İngiltərədəki kimi bütün dövlət işçilərinə deyil, parlament binasındakı təxminən 500 nəfərə şamil ediləcəyi vurğulanıb.
Parlament xidmətlərinin rəhbəri Rafael Qonzales-Montero, qərarın hökumətin kibertəhlükəsizlik üzrə ekspertlərinin məsləhəti ilə verildiyini izah edib. "Bu qərar öz ekspertlərimizin təhlili və beynəlxalq həmkarlarımızla müzakirələr əsasında qəbul edilib", - Montero bildirib.

Yeni Zelandiyanın Baş naziri Chris Hipkins də jurnalistlərə telefonunda TikTok olmadığını söyləyərək, "Mən o qədər də müasir və dəbli deyiləm" dedi.


Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər