Kanada hökuməti TikTok-un dövlət tərəfindən buraxılan mobil cihazlarda istifadəsini qadağan edib.
Bakupost.az xəbər verir ki, bu qərar təhlükəsizlik riskləri əsas gətirilərək alınıb.
Bu haqda Kanada Xəzinədarlığı Şurası bəyanat təqdim edib. Bəyanatda qərarın 28 fevral 2023-cü il tarixindən etibarən qüvvəyə minəcəyi qeyd olunub:
"Kanada hökuməti məlumatlarını təhlükəsiz saxlayır. Biz sistemlərimizi mütəmadi olaraq izləyirik və risklərə qarşı tədbirlər görürük. 28 fevral 2023-cü il tarixindən etibarən TikTok proqramı hökumət tərəfindən verilmiş mobil cihazlardan silinəcək. Bu cihazların istifadəçilərinin gələcəkdə proqramı endirməsinin də qarşısı alınacaq. Baş İnformasiya Mütəxəssisi TikTok-u nəzərdən keçirdikdən sonra məxfilik və təhlükəsizlik riski ilə bağlı qərar verib".
TikTok-un açıqlamasında isə, bu qərarı verməzdən əvvəl müzakirə etmək üçün onlarla əlaqə saxlanılmadığını bildirilib.
Qeyd edək ki, TikTok-un Çin hökumətinə yaxınlığı və bütün dünyada istifadəçi məlumatlarını saxlaması ilə bağlı narahatlıqlar son vaxtlar artmaqdadır. Kanadanın federal və regional məxfilik tənzimləyiciləri platformanın şəxsi məlumatların toplanması, istifadəsi və açıqlanması ilə bağlı narahatlıqlar səbəbindən Çin firması ByteDance tərəfindən tətbiqi birgə araşdıracaq.
Digər tərəfdən, keçən il ABŞ hökumət tərəfindən verilən cihazlarda TikTok-u qadağan edilib. Ötən həftə Avropa Komissiyası da oxşar qərar qəbul edib. TikTok rəsmiləri proqramın Çin hökuməti tərəfindən idarə olunduğuna dair iddiaları təkzib edir.
Aynur
BakuPost
Yalnız "tik-tok"u deyil,çıxışları söyüş və təhqirlərdən ibarət olan yutub və digər sosial şəbəkələr də,ya bağlanmalı,ya da nəzarət altına alınmalıdır.Onsuz da dinləyici və baxıcı auditoriyası olmayan,ayaqyolu səviyyəsində aparılan verilişlərə baxanların da tərbiyəsi pozulur.Tənqid başqa şey,söyüş başqa şeydir.