Estoniya Ukraynaya 113 milyon dollar məbləğində hərbi yardım ayırıb.
Bakupost.az Estoniya KİV-ə istinadla xəbər verir ki, buraya 122 və 155 millimetrlik artilleriya qurğuları, onları yedəkləmək üçün yük maşınları, həmçinin 100-dən çox “Karl Qustaf” tank əleyhinə qumbaraatanlar daxildir.
Estoniya bu hərbi yardımı Ukrayna Silahlı Qüvvələrinə təhvil verdikdən sonra artilleriya arsenalında yaranan qıtlığı Cənubi Koreyadan sifariş etdiyi K9 özüyeriyən silahlarla kompensasiya edəcək.
İsveç isə Ukraynaya 40 mm-lik Bofors avtomat topu və "Arçer" özüyeriyən artilleriya qurğuları ilə təchiz edilmiş ən azı 50 CV90 piyada döyüş maşını verəcək. Bu qurğuların quraşdırılması və yığılması 30 saniyə çəkir. Atış məsafəsi 60 km-ə qədərdir. 2,5 dəqiqə ərzində avtomatik sistem 21 atəş açır.
Yardımın ümumi dəyəri təxminən 419 milyon dollar təşkil edəcək.
Zaur
BakuPost