Ru
09:31 / 29 Oktyabr 2024

Dairəvi yolda son vəziyyət açıqlandı

Dairəvi yolda son vəziyyət açıqlandı
Eye

Xəbər verdiyimiz kimi, dünən saat 16 radələrində Kənar Dairəvi-1 avtomobil yolunun 6-cı kilometrliyinin yaxınlığında qaya parçası təhlükəli vəziyyət yaradıb.

Bakupost.az. xəbər verir ki, hadisə zamanı Qaradağ rayonu, Lökbatan yolu ərazisində qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə tərəf meyillənib. Yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu da gecə saatlarında yolda böyük tıxacın yaranmasına səbəb olub.

Hazırda yoldakı vəziyyətlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq. Qurumun inspektoru, polis leytenantı Elvin Hacıyev müraciətimizə cavab olaraq bildirdi ki, ərazidə vəziyyət nəzarət altındadır və hazırda tıxac yoxdur: “Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları və eləcə də aidiyyəti qurumların nümayəndələri ilə birlikdə ərazidə lazımi tədbirləri görürlər. Həmin istiqamətdə sürücülərin təhlükəsizliyi tam şəkildə təmin edilib. Ərazidə hazırda hər hansı təhlükə gözlənilmir. Həmçinin, yolda tıxac yoxdur”.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar