Ru
16:29 / 08 Dekabr 2022

"Danışıqları Azərbaycanın təqdim etdiyi prinsiplər üzrə aparılır" - Politoloq

2282
Azərbaycan və Ermənistan arasındakı danışıqlarda ciddi bir irəliləmə olmadığını müşahidə edirik. Rusiyanın, xüsusən də Fransanın qərəzli mövqeyi regionda sülhün əldə olunmasına mənfi təsir göstərmir. Dekabrın 7-də keçirilməsi planlaşdırılan Brüssel formatı üzrə növbəti görüş də məhz xarici təsir amilinə görə baş tutmayıb. Ermənistanın bu görüşə Fransanın da qatılması ilə bağlı ciddi təkidləri var idi. Təbii ki, bu da Azərbaycan tərəfi üçün qəbuledilməzdir. Brüssel prosesinin baş tutmamasındna sonra təşəbbüsü ələ alan Rusiya danışıqların Moskvada keçiriləcəyini bildirib. Bəs bu danışıqlar baş tutacaqmı? İlin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər?

Mövzu ilə bağlı Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov Bakupost.az-a açıqlama verib.

Onun sözlərinə görə, Ermənistanın Fransanı Brüssel formatına gətirmək istəyinin əsas səbəbi danışıqlarda mövqelərini gücləndirnəkdir: "Ancaq tərəflərdən biri hansısa məsələni, yaxud formatı qəbul etmirsə, o zaman danışıqlar dayanır”.

Politoloqun sözlərinə görə, Fransa və Ermənistanın qeyri-konstruktiv, məntiqsiz şərti nəticəsində Brüssel formatı təhlükə altındadır:

"Digər tərəfdən Rusiya da fəallaşıb və öz rolunu bərpa etmək niyyətindədir. İlin sonuna qədər xarici işlər nazirlərinin görüşəcəyi barədə Ceyhun Bayramov da bildirib. Rusiya tərəfindən MDB-nin ənənəvi olaraq keçirilən qeyri-formal sammitdə Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin eyni şəhərdə olma ehtimalı var. Son proseslər onu göstərir ki, vasitəçilər arasında rəqabət güclənib. ABŞ-ın çıxışı, Qafqaz üzrə nümayəndəsi Filip Rikerin, Avropa İttifaqı nümayəndəsinin regiona səfəri, Rusiyanın təkliflərini müəyyən dərəcədə dəyişmək niyyəti buna işarədir”.

Fərhad Məmmədov danışıqların iki format üzrə həyata keçirildiyini qeyd edib:

“Azərbaycan artıq öz maraqlarına uyğun olan formatı seçib, o formatla irəli gedəcək. Məsələn, Brüssel formatı maraqlarımıza uyğun deyilsə, Azərbaycan ondan imtina edəcək. Burada bir məqam xüsusi vurğulanmalıdır. Sülh müqaviləsinin layihəsi bütün vasitəçilik platformalarında Azərbaycanın təqdim etdiyi prinsiplər üzrə müzakirə olunur. Danışıqlar əsasən, ikitərəfli formatda - Azərbaycan və Ermənistan arasında həyata keçirilir. Azərbaycan və Ermənistan vasitəçiləri danışıqlar haqqında xəbərdar edir. Bu, çox vacib məqamdır. Danışıqlar prosesinə vasitəçilərin təsir mexanizmləri qat-qat azalır. Bu da danışıqların həm dinamikası, həm də məzmunu baxımından çox vacibdir”.

F.Məmmədov bildirib ki, son 2 il ərzində sülh imkanları dalana dirənəndə Azərbaycan dəfələrlə məsələləri birtərəfli qaydada, güc vasitəsilə həyata keçməyə qadir olduğunu sübut edib: "Ermənistanın isə bu güc yoxdur. Məsələn, Zəngəzur dəhlizi məsləsini götürək. Ermənistan oranın dəhliz olmasını istəmər. Lakin bu istəyi həyata keçirməyə, yaxud Zəngəzur dəhlisinin qarşısını almağa nə gücü var, nə də danışıqlarda hər hansısa bir mövqeyi”.

Aynur,
BakuPost




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər