Ru
16:02 / 28 Aprel 2022

Danışmağı unudan gənc ancaq mahnı oxuya bilir

3837
Beynin birtərəfli zədələnməsi səbəbindən nitqini itirən gənc ancaq mahnı oxuya bilir.


Bakupost.az xəbər verir ki, Böyük Britaniya sakini 25 yaşlı mexanik Dominik Nikolas qəflətən keçirdiyi insult səbəbindən sağ tərəfini işlədə bilmir.

Buna qədər tez-tez əhval dəyişikliyi hiss edən gənc bunu emosional stresə bağlayırdı.

İnsultdan sonra danışmağa cəhd edən Nikolas bunu unutduğunu görür.

Həkimlər belə gənc yaşda insultun səbəbini baş beyində arterivenoz patologiyada görüblər. Xəstədə damar sistemi düzgün inkişaf etməyib.

Belə ki, emosiyalara cavabdeh olan sağ tərəfdə damarların partlaması baş verib.

Reanimasiyada bir həftə sonra oyanan pasiyent gəzə və danışa bilmirdi.

Həkimlər bunun mümkün olmayacağını desə də, Nikolas ruhdan düşmür. 2 həftə sonra o, Məni Aya apar mahnısını zümzümə edəndə görür ki, mahnının sözlərini musiqi ilə normal deyə bilir.

Məlum olur ki, beynin musiqi və mahnı oxumaq hissəsinə cavabdeh sahə zədələnməyib.

Oxuduğunu görən pasiyent fikirlərini musiqi ilə çatdırmağa cəhd edir.

Hadisədən bir il keçməsinə baxmayaraq, Nikolas artıq danışa bilir, sadəcə onun səsi dəyişib və sanki robot kimi danışır.

Hətta belə bir nitq belə onun ailəsini sevindirir.


Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər