Ru
00:55 / 06 Dekabr 2022

DÇ-2022: Braziliya Cənubi Koreyanı darmadağın etdi - VİDEO

5303
Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.


"Sambaçılar" 1/8 finalda Cənubi Koreya yığmasına qalib gəliblər - 4:1.


Hesabı 7-ci dəqiqədə "pentakampeonlar"dan Vinisius Junior açıb. 6 dəqiqə sonra Neymar 2-ci topu rəqibin qapısından keçirib. 29-cu dəqiqədə Rişarlison baxımlı hücumu məntiqi sonluqla tamamlayıb. 36-cı dəqiqədə Lukas Paketa asiyalıları 4-cü dəfə meydanın mərkəzinə dəvət edib. Cənubi Koreyanın təsəlli qoluna isə 76-cı dəqiqədə Payk Senq Ho imza atıb.


Bu nəticə ilə Braziliya seçməsi növbəti mərhələdə Xorvatiyaya rəqib olub.


Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.



***
Qətərdə keçirilən dünya çempionatında Braziliya və Cənubi Koreya yığmaları rasında 1/8 final oyunu başlayıb.


Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.


Canlı yayımı BURADAN izləyə bilərsiniz.

***


Qətərdə keçirilən dünya çempionatının 1/8 final oyununda üz-üzə gələcək Braziliya və Cənubi Koreya yığmalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq:

Braziliya: Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Danilo, Kazemiro, Neymar, Lukas Paketa, Rişarlison, Rafinya, Vinisius Junior

Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 4. Kim Min Ji, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 10. Ci Sun-Li, 7. Son Xın Min, 9. Sun Kyu Ço, 11. Hi Çan-Hvan

Qeyd edək ki, qarşılaşma saat 23:00-da başlayacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər