Ru
01:03 / 30 Noyabr 2022

DÇ-2022: ABŞ yığması İrana qalib gəldi - VİDEO

8454
Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksələn növbəti komanda ABŞ yığması olub.

Amerikalılar buna B qrupunun III turunun İranla oyununda 1:0 hesablı qələbə qazanaraq nail olublar.

Bu nəticə ilə xallarının sayını 5-ə yüksəldən ABŞ millisi qrupda ikinci yeri tutub və növbəti mərhələyə çıxıb.

Komanda bu raundda A qrupunun birincisi Niderland yığması ilə üz-üzə gələcək.


***

Oyunun 38-ci dəqiqəsində Kristian Pulişiç ABŞ yığmasını hesabda önə çıxarıb

***

Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda İran və ABŞ yığmaları qarşılaşırlar.


Oyun saat 23:00-da start götürüb.


Canlı yayımı Buradan izləyə bilərsiniz.

***

Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda qarşılaşacaq İran və ABŞ yığmalarının start heyətləri açıqlanıb.


Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.


İran: 1. Əlirza Beyrəvand, 23. Ramin Rezaean, 19. Məcid Hüseyni, 8. Mürtəza Pürəligənci, 5. Milad Məhəmmədi, 6. Səid Ezotalahi, 21. Əhməd Nurullahi, 3. Ehsan Həcisəfi, 9. Mehdi Taremi, 20. Serdar Azmun, 17. Əli Qulizadə

ABŞ: 1. Met Törnr, 2. Sejinyo Dest, 20. Kemron Karter Viks, 13. Tim Rim, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8.Ueston Makkeni, 21. Timoti Vea, 24. Coşua Serjent, 10. Kristian Pulişiç

Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.
Şərhlər
  • Rustam

    Qoyduğunuz videodan iran qalib gəlir. Bir xeberi qoyanda dalina qabağına baxmirsiz?!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər