“Deputatların maaşlarının artmasından xəbərim yoxdur”.
Bunu
Bakupost.az -a açıqlamasında
millət vəkili Etibar Əliyev deyib.
Deputat qeyd edib ki, Azərbaycan deputatlarının əməkhaqqı digər ölkələrə nisbətən xeyli aşağıdır:
“Əgər deputatların əməkhaqları qalxırsa, bu, dövlətin əməkhaqqı siyasətidir. Əlbəttə ki, maaşlarımız qalxsa, çoxsaylı problemlərin həllinə müəyyən mənada dəstək olacaq. Niyə deputat maaşı qalxanda narazılıq olur? Elə məmurlar, işçilər var ki, 5000 manatdan yuxarı əməkhaqqı alırlar. Deputata gələndə niyə narazılıq yaranır? Elələri var ki, əməkhaqları yüksəkdir, onlara niyə etiraz etmirlər? Düşünürəm ki, bu, dövlətin maaş siyasətidir”.
Fəridə
Baku Post
Yazırsınız millət vəkili belə anlayış yoxdur Bu ad milləti təkir edir O deputatdır əslində isə ona hakimiyyətin vəkili adı verilməsi yerinə düşərdi
Heyif deputat yaddan çıxarıb ki onu xalq seçib hansı ki qəpik quruş alır O isə misalı varlı adamlardan biznesmen olan şəxsləri ilə müqaisəni aparır Deputat kimi pensiyaçıların aldığı mavacibdən danışsın onların sosial müdafiəsindən danışsın yoxsa verilən secicilərə vədləri yaddan çıxarıbdı
Bəs pensiyaların miqdarI ? DEputatın maaşı nə üçün elmlər doktorlarının maaşından artıq olmalıdır? Təyin olunan.iclaslarda yatan deputatın maaşları kəsilməli,biznesmen deputatlara isə maaş verilməməlidir.
İnsana, canlıya düşündüyü iş, məram uzaq-çətin göründüyü halda öncə həyəcan-tərəddüd yaranır? Əslində, ölkə vətəndaşları nisbi mütənasibliyi götürəndə, öz Millət Vəkillərinin çoxdan beş min, prezidentin isə azı on min azn məvacibə layiq olduqlarını düşünürlər! Yüksək dövlət rəsmiləri çox deyil ki? Onların yüksək təminatı sıravi vətəndaşların da yüksək təminatına məsuliyyəti yüksəldir.
Qiymətlərin qalxmasını dünya qiymətlərinin qalxması ilə, öz maaşlarını dünya dövlətlərindəki maaşlarla müqayisə edirləır. Əhaliyə gəldikdə dünyadakı maaş və pensiyalar yada düşmür. İndi deputatları, məhkəmə hakimlərini və s.korrupsiya gölündə üzənlərin maaşını 3 dəfəyə yaxın (maaşın özü və +2 misli) qaldıraraq əhalinin "həssas təbəqəsi"nə aid etməklə yerdə qalan xalqa tüpürdüklərini bir daha nümayiş etdirdilər. Özü də yaltaqcasına deməyin ki, prezidentin bundan xəbəri yoxdur.