Ru
14:26 / 23 İyun 2022

“Deputatın maaşını qaldırmaqdansa, qaziləri işlə təmin edin...” - Elçin Şıxlı

4148
“İnflyasiya, bahalaşma sürətlənir, amma əhalinin qazancı, məvacibi artmır. Bu fonda millət vəkillərinin məvaciblərinin artırılması neqativ haldır”.


Bunu Bakupost.az -a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deputatların maşlarının artırılması ilə bağlı danışarkən deyib.


O insanların narazılığını haqlı hesab edir:


“Əhali çox şeydən narazıdır və narazı olmalı çox şey var. Deputatların maşının hazırkı zamanda qaldırılmasını düzgün hesab etmirəm, yəni gözləmək də olardı. Dövlət işində çalışan insanların mütləq əksəriyyəti elə bir məvacib almalıdırlar ki, gözləri orada-burada olmasın. İnsanların fikirləri budur ki, millət vəkillərini biz seçmişiksə, onlar niyə bizim hesabımıza məvaciblərini artırırlar, amma biz köhnə səviyyədə qalırıq? Yəni bunun müxtəlif yozumları və izahları ola bilər. İnsanların narazılığını haqlı hesab edirəm.


Bu gün Vətən Müharibəsi iştirakçısı işsizdirsə, ilk növbədə, onun işlə təmin olunması vacibdir. Biz bu insanlara borcluyuq. Bu gənclər bizim üçün canlarından keçiblər. Bunlar həll olunmalıdır. Amma hər şeyi də hökumətdən gözləmək olmaz. Özəl sektorlar da bu məsələdə həssas davranmalıdırlar”.


Fəridə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • Cəlil

    Guya deputatın maaşı az idi?Bu ölkə niy idarə olinmit ki, belə biabırçılıqlar davam edir.İnsanlar dolana bilmi,uşaqları ac-yalavac yaşayır.Bunlar biznesmen və boşboğaz lara maaş artırırlar.Faciədir! Bəs Prüzident hara baxır?

  • Pensiyaçı

    MM iclaslarına gəlməyən biznesmen deputatlarln,iclaslarda yatan deputatların maaşlarının artırılmasına imza atan,razılıq verənlərin adını nə qoyaq?Yaşam üçün minimum imkanı olmayanların ,əlillərin,aşağı( guya normal) pensiya alan sadə vətəndaşların həyatı, ilə maraqlanmayan,Son 30 ildə millətin heç bir məsələsini müzakirəyə çıxarıb həll edə bilməyən siyahi dedeputatların maalarının 43 faiz artıtılması qarşısında pensiyaların 3-4 faz artırılmasını necə əsasıandırmaq olar? Bu necə anlaşılır?

  • esger

    Məmurlara istər 5 min maaş versələr onların gözləri orada-burada yenə qalacaq Koorupsiya qarşı aşağı eşolanda mübarizə apaRMAQLA QALİB QƏLMƏK OLMAYACAQ

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər