Ru
20:38 / 21 Noyabr 2022

Deputatın qardaşı oğlu terror qurbanı oldu - FOTO

2076

Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir millət vəkili Mahir Polat Qaziantepin Karkamış rayonunda Suriyanın təşkil etdiyi raket hücumunda həyatını itirən 3 nəfərdən birinin qardaşı oğlu Həsən Karataş olduğunu açıqlayıb.


Bakupost.az Türkiyə mətbuatına istinadən bildirir ki, millət vəkili bu barədə etdiyi paylaşımda yazıb:


"Ürəyimiz yanır. Qaziantepin Karkamış rayonunda xain terror təşkilatının təşkil etdiyi raket hücumunda qardaşım oğlu Həsən Karataş həyatını itirdi. Lənət olsun terrora".


Xatırladaq ki, atılan 4 raketdən biri məktəbə, digərləri isə yaşayış evlərinə düşüb. Hadisə nəticəsində 3 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.


Aysel

Baku Post

Deputatın qardaşı oğlu terror qurbanı oldu  - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər