Ru
14:23 / 10 Avqust 2024

Deputatlığa namizədlərin qeyri-adi müraciəti və şüarı - FOTO

5274
Parlament seçkiləri həm də namizədlərin qeyri-adi davranışları, çıxışları və şüarları ilə yadda qalır. Bu ilki seçkilər də bu baxımdan istisna deyil.

Bakupost.az xəbər verir ki, seçicilərə belə qeyri-adi müraciətlərdən birini 8 saylı Binəqədi birinci Seçki Dairəsiindən deputatlığa namizəd İlkin Rəhimov edib.



Müraciətdə o, Bakı Dövlət Universitetini bitirdiyini, hüquqşunas və iş adamı olduğunu və ilk dəfədir Milli Məclisə deputatlığa namizədliyini verdiyini bildirib. Ən diqqətçəkən fikirlər isə namizədin bundan sonra qeyd etdikıridir:

"13 yaşım olmamış anam dünyasını dəyişib, elə həmin vaxtdan da atam elə bir məkana düşüb ki, onunla görüşüb 1-2 saat birlikdə vaxt keçirməyimiz üçün bacı və qardaşımla günləri, ayları saymışıq. İyirmi beş ildir ki, həmin vəziyyət davam edir.

Bu 25 ildə kasıblığın da, yoxsulluğun da, anasızlığın da, hətta demək olar ki, atasızlığın da bütün ağrı-acılarını dadmışıq. Amma o vaxt da, bu gün də Allahdan ümidimizi üzməmişik. Sizin də ümid və etibarınızı doğruldacağıma inanıb mənə səs verməyinizi rica edirəm. Deputat-xalqın xidmətçisidir.

Sizə böyük sayğı və ehtiramla, Allahın mərhəmətinə, sizin də verəcəyiniz səsə ən çox ehtiyacı olan bəndə Rəhimov İlkin Oruc oğlu".




113 Saylı Qax-Şəki Seçki Dairəsindən deputatlığa namizəd Teymur Əzizovun isə seçki şüarı sosial şəbəkədə müzakirələrə səbəb olub. Belə ki, onun “Qaxlı balasıyam, məni seçsəniz, Qaxda qalasıyam” süarı birmənalı qarşılanmayıb. İstifadəçilərədn biri bu şüara reaksiya verərək, "biriniz bu Teymur bəyə izah edin ki, Milli Məclis Bakıda yerləşir. O, deputat seçilsə, Qaxda necə yaşayacaq? Axı hər gün də olmasa, hər həftə Milli Məclisdə işdə olmalıdır", - deyə namizədə irad bildirib.
Vasif
BakuPost
Deputatlığa namizədlərin qeyri-adi müraciəti və şüarı - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar