Ru
16:05 / 09 Yanvar 2023

Dərsi boykot edən müəlliməni hansı cəza gözləyir? - Ekspert

6333
Xəbər verdiyimiz kimi, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edib. O bildirib ki, məktəbdə ayaqyolu tikilənə qədər şagirdləri məktəbə gəlməyəcək.

Bununla bağlı video yayıldıqdan sonra müəllimə töhmət verilməsi ilə bağlı xəbərlər yayılıb.



Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, töhmət həmin videoya görə deyil, müəllimin üzrsüz səbəbdən iş yerinə gəlməməsilə bağlı olub:


"Məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevaya 7-8 dekabr 2022-ci il tarixlərində məktəb rəhbərliyinə heç bir məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyinə, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə funksiyalarını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq töhmət verilib”.




Təhsil üzrə mütəxəssis Qoşqar Məhərrəmov hesab edir ki, müəllimin ayaqyolu probleminə görə dərsi boykot etməsi başadüşüləndir.

O, Bakupost.az -a açıqlamasında deyib:

“Ayaqyolu zəruri bir ehtiyacdır. Əgər uşağın fizioloji ehtiyacları qarşılanmırsa təhsil ehtiyacının ödənilməsinin heç bir faydası olmaz. Düşünürəm ki, müəllim həqiqətən bu problemin həll edilməsinə görə belə addım atıbsa, o zaman mən şəxsən onu alqışlayıram. Amma yox, daha əvvəldən də məktəbə gəlməyib və ona görə töhmət verilibsə, o zaman məsələ başqa cür dəyərləndirilməlidir.

Müəllim dərsə girməsə də, məktəbə gəlməliydi. Qanun bunu tələb edir. Bir var hüquq, bir var həqiqət. Bəzən həqiqət hüququn üstünə keçə bilir. Bəzən sən həqiqəti edirsən, hüquq sənin yanında olmaya bilər. Əgər qalib gəlsə, həmin müəllim qəhrəmandır. Əgər qalib gəlməsə, işini itirə bilər”.



Əfsanə Rəcəb
BakuPost


Həmçinin oxuyun:

Şərhlər
  • Vəliyev Əfqan

    Mən oxudum ki, güya başqa məktəblərdə yeni san uzel qovşağı tikilib və bəzi məktəblərdə isə təmir olunub. Aranlı kənd 1 saylı tam orta məktəbində isə inşəallah 2023 cü ildə lahiyələşfirəcəklər, nə bilim neçənci ildəsə məktəb tikəcəklər və neçənci ildəsə san uzel qovşağı istifadəyə verəcəklər, sonda bu yazıq uşaqlar ondan rahatlıqla istifadə edəcəklər. Mən həmin Aranlı kənd 1 saylı tam orta məktəbin şagirdlərinə məsləhət görərdim ki, rayonun digər məktəblərdəki san uzeldən istifadə etsinlər. Axı onlar demişkən, o biri məktəblərdə evrotəmirlidi

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər