Ru
16:24 / 09 İyun 2022

Dərsliklər hazırlananda şagirdlərin yaşı nəzərə alınmayıb - Ekspert vacib məsələ qaldırdı

2236
“Hazırda dərslik sahəsində ciddi islahatların aparılmasına ehtiyac var. Bu gün dərsliklərin hazırlanması ilə bağlı ciddi problemlər mövcuddur. Yeni təhsil sisteminə keçiddən sonra dərsliklərdə qarışıqlıq yaranıb. Əvvəl bir mövzu bir dərslikdə yer alırdı. İndi isə demək olar ki, həmin mövzu barədə bir neçə sinif dərsliyində məlumat öz əksini tapır. Bu düzgün deyil, şagirdlərdə çaşqınlıq yaradır. Onlar sanki bir mövzunu təkrar-təkrar hər sinifdə keçmiş olurlar. Ancaq əvvəlki dərsliklərdə bu material yalnız bir sinif dərsliyində yer alırdı”.


Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.



Onun sözlərinə görə, aşağı siniflərdə, əsasən birinci sinifdə şagirdlərin dərs yükü ağırlaşdırılıb:





"Birinci sinifdə oxuyan şagirdin yükü yuxarı sinif şagirdi ilə demək olar ki, eynidir. Dərsliklərin hazırlanmasında əsas şərtlərdən biri olan şagirdlərin yaşı sanki nəzərə alınmayıb. Bu da elə ilk siniflərdən şagirdi əlavə hazırlığa, repetitora yönəltməyə imkan yaradır. Bununla biz şagirdin birinci sinifdən repetitorluğa üz tutmasına şərait yaradırıq. Dərs yükü o qədər ağır, dərsliklərdəki mövzular o qədər qəlizdir ki, uşaq məcbur qalıb mövzunu tam dərk etmək, mənimsəmək üçün repetitora üz tutur. Müəllim 45 dəqiqə ərzində bu mövzunun mahiyyətini şagirdə tam şəkildə izah edə bilmir. İzah etsə belə, şagirdlərin çoxu bunu tam anlamır, qavramır”.


Ekspert bildirib ki, şagirdə gərəkli olan biliklərdən əlavə ona lazım olmayan biliklərin verilməsi, onların fikrini dolaşdırmaq, çətinliyə salmaq yolverilməzdir:


“Hesab edirəm ki, dərsliklərə bağlı ciddi və əməli tədbirlər görülməsinə ehtiyac var. Dərsliklərin və tapşırıqların çətinləşdirilməsi şagirdlərin əlavə məşğələlərə, müəllim yanına getməsinə imkan yaradır. Əgər bu problem həll edilsə, şagirdlərin də əlavə hazırlıga, repetitor yanına getməsinə ehtiyac qalmaz. Əvvəllər yalnız yuxarı sinif şagirdləri ali məktəbə qəbul imtahanına hazırlaşmaq üçün repetitor yanına getdiyi halda, indi valideynlər ibtidai sinifdən uşaqları müəllim yanına aparır. Çünki dərsliklərdəki mövzular o qədər qəliz və çətindir ki, uşaqların mövzularla bağlı dərsdə aldıqları bilgilər onlara kifayət etmir”.


Sevinc
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • t.ədalət

    Dərsliklər hazırlananda bir şeyə nəzarət edilir ki,Rusiyanın Azərbaycanda törətdiyi qətliam və vəhşiliklər yazılmasın.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər