Ru
00:13 / 26 İyul 2022

Dietoloq İlkin Həsəni ilə xanımını məhkəməyə verir

1932
Aparıcı İlkin Həsəninin bloger xanımı Aysel Həsəninin həkim-dietoloq Ləman Süleymanova ilə yaşadığı mübahisə daha da böyüyüb.


Bakupost.az xəbər verir ki, Axşam.az-a açıqlama verən L.Süleymanova məhkəməyə müraciət edəcəyini deyib.


O bildirib ki, qarşı tərəf onun işgüzar nüfuzuna zərər gətirib:


"İlkin Həsəni sosial şəbəkədə mənim ünvanıma "tərbiyəsiz" ifadəsini işlədib. Adımı çəkməsə də, sonradan hər kəs söhbətin kimdən getdiyini bildi. Bütün bunlardan sonra ötən gün də həyat yoldaşı ünvanıma qeyri-etik ifadələr işlədib. Mən ona heç bir xoşagəlməz söz deməmişəm. Bəli, orada bir mübahisə yaşandı, bunu danmıram. Amma mən tərəfdən heç bir qeyri-etik ifadə olmayıb. Deyir ki, çəkiliş edirdik, bəs mənim o qədər söz dediyimi iddia edirsə, niyə onda mənim videomu çəkmirdilər? Mənim həyatda demədiyim kəlmələri dediyimi söyləyir.


İlkin də, xanımı da mənim işgüzər nüfuzuma zərər vurublar. Hər zaman deyirəm, kim günahkardırsa, qanun qarşısında cavab verməlidir. Deyir, apellyasiya məhkəməsinə müraciət edəcəyəm, etsin. Amma o, məhkəməyə müraciət etmədən, məni təhqir edir. Bu məsələni sakit şəkildə, hüquqi yolla həll etmək lazımdır. Canlı yayım açıb nələr danışmaq, saxta profillər açıb mənə nə gəldi yazmaq artıq işgüzar nüfuzuma xələl gətirməkdir. Onlar artıq fərqli mövzuya keçiblər. küçədə mübahisə gəlib mənim fəaliyyətimə çıxıb.


Baxıram ki, insanlar mənim həkimliyimə nəsə yazırlar, hamısı da saxta profillərdir. Öyrədilmiş insanların yazdığı bu sözləri mənim pasientlərim də oxuyur. Əsla onlarla prinsip aparmaq fikrim yoxdur. Amma bütün bunlara da susmayacağam. İlkin Həsənini "tərbiyəsiz" ifadəsinə görə məhkəməyə verəcəyəm. Xanımı Ayseli də işgüzar nüfuzuma xələl gətirdiyi üçün məhkəməyə şikayət edəcəyəm. Bu işə bir formada son qoyulmalıdır. Yoxsa gündə bir söz danışılacaq, məsələ uzanacaq".


L.Süleymanova bildirib ki, ona yalandan polis adı ilə zəng ediblər:


"İlkin Həsəni zəng edib ki, filan polis bölməsindənəm, gəl. Soruşuram ki, vəzifəniz nədir, təqdim edin özünüzü. Cavab verir ki, gələrsən görərsən. Bu cür polisin adından istifadə edilməsi özü cinayətdir. Hadisə belə məcraya gəlibsə, qanun qarşısında cavab verilməlidir. Deyirlər, 2 ay zənglərə cavab vermədi. Onlar mənim iş nömrəmə zəng ediblər. Bu nömrəyə gündə nə qədər pasient müraciət edir. Necə cavab verilməyə bilər? Bu da bir yalandır".


Qeyd edək ki, bir neçə gün əvvəl aparıcı İlkin Həsəni sosial şəbəkədə video-müraciət ünvanlayaraq ailə üzvlərinin təhqir edildiyini və həmin qadının tapılmasını istəmişdi.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər