Ru
10:00 / 19 İyun 2022

Bu gün imtahanlar var

1722
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı, inzibati rəhbər vəzifələrə aid olan AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçiriləcək.

Bakupost.az -a xəbər verir ki, imtahanlar saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

Dövlət qulluğuna qəbul imtahanında iştirak etmək üçün BA qrupu üzrə 582, BB qrupu üzrə 1 544 olmaqla, ümumilikdə 2 126 namizəd qeydiyyatdan keçib.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanında iştirak etmək üçün AC qrupu üzrə 6, BA qrupu üzrə 56, BB qrupu üzrə 156 olmaqla, ümumilikdə 218 namizəd qeydiyyatdan keçib.

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) imtahanında isə 1021 namizədin iştirakı nəzərdə tutulub. Onlardan 795 nəfər Azərbaycan, 226 nəfər isə rus bölməsi üzrə imtahan verir. Ərizə verənlərin 447 nəfəri oğlan, 574 nəfəri isə qızdır. 558 nəfər cari ilin, 463 nəfər əvvəlki illərin məzunudur. 8 nəfər xarici ölkə vətəndaşıdır.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər