Ru
10:26 / 10 Yanvar 2022

Direktor şagirdləri buna görə döyübmüş - İzahat alındı

4912
"Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı izahatı alınıb”.

Bakupost.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

O deyib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən müvafiq təhqiqat araşdırmaları aparılıb: “Tərəflərin izahatları alınıb. Məlum olub ki, məktəbin IX sinif şagirdləri mütamadi olaraq dərs davamiyyətinə əməl etmirlər. Həm gün şagirdlər məktəbin ikinci mərtəbəsindən düşərək dərsdən yayınmağa çalışıblar. Məktəb rəhbərliyi tərəfindən onlar intizama dəvət ediliblər. Yaranan mübahisədə xəsarət və digər təhqir elementi yoxdur. Şagird və valideynlərlə söhbət aparılıb, onların heç bir şikayətlərinin olmadığı bildirilib”.

Xatırladaq ki, direktor Zinyət Əhmədovanın məktəbin foyesində şagirdlərə əl qaldırması müşahidə kameralarına düşüb.

Şərhlər
  • elimardan

    Döyüb,döyüb də burda nə var ki?İndiki uşaqlar o qədər sırtıqdır ki,onları hərdən bir döymək lazımdır!Öz balaları kimi döyüb də!Valdeyinlər buna etiraz etməkdənsə,uşaqlarına tərbiyə versələr yaxşı olar.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər